AQTA-da koronavirus infeksiyasına qarşı sanitar-epidemioloji və profilaktik tələblərin icrası məqsədilə ardıcıl tədbirlər həyata keçirilir
24 İyul 2020 18:08
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən hazırlanmış xüsusi karantin rejimi dövründə dövlət orqanlarında (qurumlarında) koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sanitariya-epidemioloji və profilaktik tələblərin icrasını təmin etmək üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ardıcıl tədbirlər həyata keçirilir.
Agentliyin Aparatında və regional bölmələrində, habelə Azərbaycan Qida Təhlükəsizliyi İntitutunda çalışan əməkdaşların şəxsi gigiyena qaydalarına əməl etmələri, sosial məsafənin qorunması, əməkdaşların və sahibkarlıq subyektlərinin inizibati binalara daxil olan zaman hərarətlərinin ölçülməsi, əllərinin dezinfeksiyaedici məhlulla təmizlənməsi, tibbi qoruyucu maskalardan istifadə, xüsusi zərurət olmadan əməkdaşların digər şəxslərlə təmasda olmamaları və xəstəliyin yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür ehtiyat tədbirləri görmələri istiqamətində maarifləndirmə işlərinə təyin olunan məsul şəxs tərəfindən ciddi nəzarət olunur. Bundan başqa iclas və toplantıların yalnız telefon rabitəsi (stasionar), video qəbul, mobil telefon və internet rabitəsi vasitəsilə keçirilməsinə icazə verilir. Koronavirus infeksiyasına yoluxma təhlükəsinin qarşısını almaq üçün sosial məsuliyyətlə yanaşı, həyata keçirilən mübarizə tədbirlərinə riayət olunmamasına görə intizam və inzibati məsuliyyət daşıdıqları da hər bir əməkdaşın nəzərinə çatdırılıb.
Ev şəraitində çalışan əməkdaşların iş vaxtı ərzində evi tərk edərək kənar fəaliyyətlə məşğul olmasının qadağan edildiyi, hər bir əməkdaşın məzuniyyətdə olduğu dövrdə belə xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etmələri tapşırılıb.
Qeyd edək ki, inzibati binalarda və xidməti nəqliyyat vasitələrində dezinfeksiya işləri aparılıb, binaların girişində və daxilində koronavirus infeksiyasına yoluxma riskinin qarşısının alınması ilə bağlı məlumat lövhələri yerləşdirilib, tibbi qoruyucu maskasız giriş qəti qadağan olunub.
Oxşar xəbərlər
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
Ağsu və Qobustan rayonlarında nar istehsalçıları ilə görüşlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq Şirvan regional bölməsi Ağsu rayonunun Cəlayir, Kəndoba, Hacıuşağı, eləcə də Qobustan rayonunun Poladlı, Təsi və Yekəxana kəndlərində nar istehsalçıları ilə görüşlər keçirib. Tədbirlərdə nar bağlarında bitki sağlamlığının qorunması məsələləri müzakirə olunub, zərərverici və xəstəliklərə qarşı effektiv mübarizə üsulları, aqrotexniki qulluq qaydaları və fitosanitar tələblər barədə ətraflı məlumat verilib. Narın həm yerli, həm də xarici bazarlara çıxışı zamanı karantin tələblərinə əməl edilməsinin vacibliyi vurğulanıb. İstehsalçılara daxili karantin sertifikatının əhəmiyyəti, ixrac olunan məhsullarda pestisid qalıqlarının icazə verilən norması izah edilib, ixrac prosesində məhsullardan götürülən nümunələrin laborator müayinələrə cəlb edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, zərərvericilərin erkən aşkarlanması üçün mütəmadi fitosanitar müşahidələr aparılmalı, təsərrüfatlarda bitki mühafizə vasitələrindən istifadə edərkən tətbiq reqlamentinə və təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır. Daha sonra təsərrüfat sahiblərinin sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb. Nar istehsalçılarının maarifləndirilməsi məqsədilə təşkil olunan görüşlər regionun digər rayonlarında da davam etdiriləcək.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş