AQTA-da OIE-nin Baytarlıq Xidmətlərinin Fəaliyyəti üzrə Ekspert Qrupu ilə görüş keçirilib
9 May 2022 18:25
Bu gün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ölkəmizdə səfərdə olan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) Baytarlıq Xidmətlərinin Fəaliyyəti (PVS) üzrə Ekspert Qrupu ilə görüş keçirilib.
Görüşdə OIE-nin Avropa ofisinin rəhbəri Budimir Plavşiç, qiymətləndirmə heyətinin rəhbəri Sabine Hutter, texniki ekspertlər Mişa Sokadze və Ago Paertel iştirak ediblər. OIE ilə əməkdaşlığın əhəmiyyətini diqqətə çəkən AQTA-nın sədr müavini Rəşad Mafusov son illər ölkəmizdə heyvan sağlamlığı sahəsində həyata keçirilən tədbirlərlə bağlı iştirakçılara geniş məlumat verib. Bildirilib ki, son dövrdə ölkəmizin bioloji təhlükəsizliyinin təmin edilməsi yolu ilə ümumi epizootoloji salamatlığa töhfə verilməsi istiqamətində ciddi tədbirlər həyata keçirilmiş, yüksək standartlara uyğun baytarlıq laboratoriya sistemi qurulmuş, baytarlıq xidməti və nəzarətinin həyata keçirilməsinin sərhədləri müəyyənləşdirilməklə hüquqi baza yaradılmış və OIE ilə əməkdaşlıq daha da genişləndirilmişdir. Ölkəmizdə heyvan sağlamlığına nəzarətin təmin olunması ilə bağlı həyata keçirilən tədbirlərin növbəti mərhələsi kimi hazırda heyvanların identifikasiyası, qeydiyyatı işləri həyata keçirilməkdədir.
Görüşdə qeyd olunub ki, baytarlıq sisteminin təkmilləşdirilməsi məqsədilə OIE tərəfindən üzv ölkələrin baytarlıq sistemlərinin “PVS aləti” vasitəsilə dövri qiymətləndirilməsi həyata keçirilir. Qiymətləndirmə xüsusi qəbul edilmiş standartlara uyğun aparılmaqla ölkədə baytarlıq xidməti və nəzarəti, laboratoriya strukturu, xarici ölkələrdən keçə biləcək xəstəliklərlə mübarizə, baytarlıqda kadr təminatı və digər mühüm sahələri əhatə etməklə beş ballıq sistem üzrə aparılır. Qiymətləndirmənin hesabatı missiya başa çatdıqdan sonra təşkilatın internet resursları vasitəsilə yayımlanır ki, burada təqdim edilən məlumatlar və qiymətləndirmə balı ölkələrarası ticarət əlaqələrinin qurulmasında mühüm rol oynayır.
Qeyd edək ki, OIE səviyyəsində həyata keçirilən bu yoxlamalardan sonra beynəlxalq uyğunlaşma və sertifikatlaşdırma proseslərinin asanlaşdırılması, baytarlıq xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, idxal-ixrac prosedurlarının daha da genişləndirilməsi mümkün olacaq.
PVS üzrə Ekspert Qrupu tərəfindən həyata keçiriləcək qiymətləndirmə üzrə səfərlərdə Agentlik əməkdaşları ilə yanaşı, Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin nümayəndələri də iştirak edəcək. Həm milli, həm də regional səviyyədə həyata keçiriləcək qiymətləndirmə ölkəmizdə heyvan, heyvan mənşəli məhsul və xammalın istehsalı, emalı, satışı və saxlanılması müəssisələri, baytarlıq təhsili müəssisələri, elmi-tədqiqat institutları, iri və xırda fermer təsərrüfatlarına bir sıra imkan və üstünlüklər qazandıracaq.
Oxşar xəbərlər
Ölkə üzrə heyvanların identikləşdirilməsi genişləndiriləcək – Dövlət Proqramı
Prezidentin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvanların identikləşdirilməsi və məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) daxil edilməsi nəzərdə tutulur. Prosesin icrası ilə heyvan sağlamlığına nəzarət gücləndiriləcək və heyvan mənşəli məhsulların izlənilməsi təmin olunacaq. Bu çərçivədə heyvan sahibləri və fermerlər identikləşdirilmə prosesinin vacibliyi və tələbləri barədə məlumatlandırılacaq, müvafiq təlimlər keçiriləcək. Dövlət Proqramında heyvanların identifikasiyası və qeydiyyatı ilə bağlı rəqəmsal imkanların inkişafına da xüsusi diqqət yetirilir. Sənəddə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhatə dairəsinin genişləndirilməsi və funksionallığının artırılmasının heyvan sağlamlığı və biotəhlükəsizliyin təmin olunması baxımından əhəmiyyəti vurğulanır. Sistem heyvanların düzgün qeydiyyatını, sağlamlıq vəziyyətinin izlənilməsini və müvafiq tədbirlərin vaxtında həyata keçirilməsini dəstəkləyir.
Sahibsiz heyvanların sığınacaqla təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcək
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvan sağlamlığı və biotəhlükəsizliyə nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində sahibsiz heyvanların sığınacaqlarla təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası ilə bağlı məsələlərə aydınlıq gətirib. Ətraflı:
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
Heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiyası və izlənilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, heyvan doğulduğu andan etibarən onun fərdi identifikasiyası aparılır. Əldə olunan məlumatlar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) qeydiyyata alınır. Sistem vasitəsilə heyvanın saxlanıldığı təsərrüfat, onunla bağlı həyata keçirilən baytarlıq tədbirləri barədə məlumatların izlənilməsi təmin edilir. Bu, heyvanın təsərrüfatdan bazara və kəsim məntəqəsinə qədər hərəkətinin izlənilməsinə imkan yaradır. İdentifikasiya və izlənilmə sistemi heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsi, həmçinin heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətlidir. Beləliklə, istehlakçının aldığı ətin mənşəyi ilə bağlı məlumatın geriyə doğru izlənilməsi heyvanın yetişdirildiyi təsərrüfata qədər mümkündür. Bu imkanın əsasını isə heyvanların identifikasiyası təşkil edir. Daha ətraflı:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş