AQTA əməkdaşı beynəlxalq layihə üzrə “Milli Layihə Koordinatoru” təyin olunub
22 Yanvar 2021 18:00
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən irəli sürülən və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatının (WHO) Kodeks Etimad Fondu Katibliyi tərəfindən uğurlu layihə olaraq qəbul edilmiş “Dayanıqlı və yüksək səviyyədə təşkil olunmuş Milli Kodeks Sisteminin yaradılması üçün Azərbaycan Respublikasına dəstək” layihəsi üzrə fəaliyyətinin koordinasiyası üçün Agentliyin əməkdaşı Fuad Mərdiyev “Milli Layihə Koordinatoru” təyin olunub.
2021-ci ilin yanvar ayından icrasına başlanılan layihə 3 il müddəti əhatə edəcək. Layihə çərçivəsində AQTA-ya Milli Kodeks Sisteminin fəaliyyətinin daha səmərəli təşkili üçün müvafiq normativ bazanın yaradılması, milli qanunvericiliyin tərkib hissəsi olan sanitar və fitosanitar norma və qaydaların Kodeks standartlarına uyğun olaraq hazırlanması və təkmilləşdirilməsi, eləcə də Kodeks Komissiyasının fəaliyyətinə cəlb olunan bütün iştirakçılar arasında kommunikasiyanın gücləndirilməsi sahələrində dəstək göstəriləcək. Layihə çərçivəsində Kodeksin işinin daha səmərəli təşkili məqsədilə bu sahədə bütün maraqlı tərəflərin (istehlakçılar, sahibkarlar, dövlət müəssisələri) ətraflı maarifləndirilməsi üçün xüsusi tədbirlər nəzərdə tutulub.
Qeyd edək ki, layihənin əsas məqsədi əsas məqsədi Kodeksin işində daha fəal və yaxından iştirakın təmin edilməsi, güclü və dayanıqlı Milli Kodeks Sisteminin qurulmasına yönəlmiş fəaliyyətlərin həyata keçirilməsidir.
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş