AQTA əməkdaşları Malayziya Respublikasında beynəlxalq təlimdə iştirak edib
18 Oktyabr 2018 00:00
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Malayziya Respublikasında keçirilmiş “Qida, Kosmetik və Səhiyyə məhsulları istehsalında islami qaydalar və keyfiyyətli istehsal təcrübəsi (GMP)” təlimində iştirak edib.
Təlimlərdə Malayziya hökümətinin təcrübəsi ilə bağlı nəzəri və praktiki məlumatlar verilib, “Qida, kosmetik və səhiyyə sənayesində keyfiyyətli istehsal təcrübəsi tələbləri, qanuni öhdəliklər”, “İstehsal müəssisələrinə qoyulan tələblər və onların şərhi”, “Halal sertifikatlaşdırılma və prinsipləri”, “Halal sertifikatlaşdırılmanın əsasları və akkreditasiya olunmuş yoxlayıcı orqanlar”, “Auditlərin aparılma qaydası”, “Xarici tərəfdaşlıq çərçivəsində İslami İnkişaf Departamentinin (JAKİM) akkreditasiya və sertifikatlaşdırma prosedurları” kimi mövzular müzakirə edilib. Tədbirin sonunda iştirakçılar qeyd olunan məsələlərlə bağlı öz ölkələrində olan hazırki vəziyyətlə bağlı təqdimatlar nümayiş etdirilib.
Qeyd edək ki, təlimdə 10 ölkədən nümayəndə heyəti iştirak edib və proqram Malayziya Texniki Əməkdaşlıq Korporasiyasının və Malayziya Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilib.
Oxşar xəbərlər
Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən arıçılıq təsərrüfatlarında bioloji təhlükəsizliyin təmin edilməsi, arılar arasında xüsusi təhlükəli, ekzotik, infeksion və invazion xəstəliklərin erkən aşkarlanması məqsədilə epizootoloji monitorinqlər keçiriləcək.
Süfrəmizə gələn ətin təhlükəsizliyi haradan başlayır? - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin olunması heyvanın sağlamlığının və mənşəyinin nəzarətdə saxlanılmasından başlayır. Bu prosesdə heyvanların identifikasiyası və baytarlıq nəzarəti mühüm əhəmiyyət daşıyır.
Cəlilabadın Təzəkənd kəndində yerləşən heyvan satışı bazarının fəaliyyətinə icazə verilib - Video
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvan bazarlarının baytarlıq-sanitariya vəziyyətinin qiymətləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə Agentlik sədrinin müvafiq əmri ilə yaradılan komissiya tərəfindən heyvan bazarlarında aparılan yenidənqurma işlərinin mövcud tələblərə uyğunluğu yerində qiymətləndirilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş