AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
23 Fevral 2021 18:17
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 22 fevral 2021-ci il tarixində ölkə üzrə 397 ictimai iaşə obyektində 689 monitorinq keçirilib. Monitorinqlər zamanı 31 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nəsimi rayonu, 28 may ev 13 ünvanında yerləşən, fiziki şəxs Ələkbərov Həmid Abbas oğluna məxsus çay evi;
2. Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli, ev 100 a ünvanında yerləşən, fiziki şəxs Cəfərov Mətin Haşım oğluna məxsus “Sakura” çay evi;
3. Bakı şəhəri, Səbail rayonu, Badamdar ştq, A. Abbaszadə 21 ünvanında yerləşən, fiziki şəxs Ağacanov Xıdır Əhməd oğluna məxsus "Göyçə" kafesi;
4. Bakı şəhəri, Səbail rayonu, Ə. Yaqubov 14 c ünvanında yerləşən, fiziki şəxs Cavadov Əlifaiz Əzizağa oğluna məxsus "Səbail" kafesi;
5. Bakı şəhəri, Nəsimi rayonu, Nizami 83 ünvanında yerləşən, fiziki şəxs Mirzəyev Rəşad Asif oğluna məxsus restoran;
6. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 29 ünvanında yerləşən, fiziki şəxs Həsənov Kənan Qorxmaz oğluna məxsus pub;
7. Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev ev 8 ünvanında yerləşən, fiziki şəxs Abdullayeva Əminə Amin qızına məxsus restoran;
8. Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu, ev 2, 1-ci mərtəbə, Qeyri Yaşayış Sahəsi ünvanında yerləşən, fiziki şəxs Orucov Rafiq Məmməd oğluna məxsus "Əncir Lounge" kafesi;
9. Bakı şəhəri, Sabunçu rayonu, Xasməmmədov ev 7 ünvanında yerləşən, fiziki şəxs Vəliyev İman Fərhad oğluna məxsus kafe;
10. Bakı şəhəri, Nizami rayonu, Məshəti Gəncəvi 559 ünvanında yerləşən, hüquqi şəxs "Resant Consulting and Managment" MMC-yə məxsus "Xəzri " restoranı;
11. Bakı Şəhəri, Yasamal rayonu, C. Cabbarlı 44 ünvanında yerləşən, fiziki şəxs Zalov Fərid Ramiz oğluna məxsus restoran;
12. Sumqayıt şəhəri, N. Nərimanov küçəsi, 6-cı məhəllə, "Bələdiyyə Parkı" ərazisində yerləşən, fiziki şəxs Əkbərov Şaiq Zahid oğluna məxsus "Zeytun" restoranı;
13. Sumqayıt şəhəri, Nizami küçəsində yerləşən, fiziki şəxs Abbasov Əşrəf Eldar oğluna məxsus "Green park" restoranı;
14. Abşeron rayonu, Masazır kəndində yerləşən, fiziki şəxs Şükürova Anyelina İdris qızına məxsus "Retro" kafesi;
15. Yevlax şəhəri, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Kərimov Anar İlqar oğluna məxsus kafe;
16. Yevlax şəhəri, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Mikayılov Savalan Mehti oğluna məxsus kafe;
17. Yevlax şəhəri, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Əsədov Xaliq Nadir oğluna məxsus çay evi;
18. Göyçay rayonu, Nizami küçəsində yerləşən, fiziki şəxs Yusifli Bahadur Yusif oğluna məxsus kafe;
19. İsmayıllı rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Əhədov Gülməmməd Nurulla oğluna məxsus kafe;
20. İsmayıllı rayonu, Nizami küçəsində yerləşən, fiziki şəxs Həşimov Xəyal Fərhad oğluna məxsus kafe;
21. İsmayıllı rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Allahverdiyev Anar Əkbər oğluna məxsus kafe;
22. Şamaxı rayonu, Bakı-Qazax yolunun 144-cü kilometrliyində yerləşən, fiziki şəxs Zahidov Oktay Lətif oğluna məxsus kafe;
23. Ağcabədi rayonu, Ağcabədi rayonu, 4 yol ərazisində yerləşən, fiziki şəxs Puri Həsən Elşən oğluna məxsus "Görüş" kafesi ;
24. Ağcabədi rayonu, Ü. Hacıbəyov prospektində yerləşən, fiziki şəxs Əsədov Nazim Əsəd oğluna məxsus kafe;
25. Ağcabədi rayonu, Rasim Tağıyev küçəsində yerləşən, fiziki şəxs Fərzəliyev Xəqani Mamed oğluna məxsus kafe;
26. Qazax rayonu, Ağköynək kəndində yerləşən, fiziki şəxs İbrahimov Valeh Telman oğluna məxsus çay evi;
27. Zaqatala rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Davudov Nəbi Tərlan oğluna məxsus “Meydan Dönər” kafesi;
28. Salyan rayonu, X. Ulutürk küçəsində yerləşən, fiziki şəxs Baxışov Samir Ziyafət oğluna məxsus yeməkxana;
29. Şirvan şəhəri, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Nəzərov Zahid Hacıağa oğluna məxsus kafe;
30. Şirvan şəhəri, 1 May küçəsində yerləşən, fiziki şəxs Seyfullayev Cavid Qardaşxan oğluna məxsus kafe;
31. Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən, fiziki şəxs Nəsibov Teymur İsmayıl oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Süd məhsullarının emalı müəssisəsində istehlaka yararsız məhsullar aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi, ev 14 ünvanında yerləşən, fiziki şəxs Cümşüdova Aysel İntiqam qızına məxsus süd məhsullarının emalı müəssisəsində plandankənar yoxlama keçirib. İstehsal müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Məlum olub ki, müəssisə təsdiqdən keçmədən qanunsuz fəaliyyət göstərib. Həmçinin obyektdə sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinə və temperatur rejiminə əməl edilmədiyi aşkarlanıb. Yoxlama zamanı tərkibində qaymaq olmayan məhsulun etiketində “Qaymaqlı şor” yazıldığı, emalın Bakı şəhərində aparılmasına baxmayaraq, dovğa, şor və qatıq məhsullarının etiketlərində coğrafi adlardan istifadə olunaraq “İsmayıllı şoru”, “İsmayıllı dovğası” və “İvanovka qatığı” qeyd edildiyi və bununla da istehlakçıların aldadıldığı məlum olub. Habelə müxtəlif istehsalçılara məxsus əmtəə nişanlı etiketlər (Çinar, Cantəpə, Fermer.V.D İvanuşka, Fermer və Emay), kiflənmiş və istifadə müddəti bitmiş süd məhsulları aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib edilib, süd məhsullarından laborator müayinələr üçün nümunələr götürülüb. İstehlaka yararsız məhsulların və qanunsuz etiketlərin məhv edilməsi barədə qərar qəbul olunub, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti dayandırılıb.
Göbələkdən zəhərlənmənin baş verməməsi üçün nələrə diqqət yetirməliyik?
İnsanlar göbələklərdən qədim zamanlardan istifadə edirlər. Bu məhsul zülallar, aktiv fermentlər, bitki şəkərləri, A, B, C, D qrupu vitaminləri, həmçinin selen, kalium, dəmir və sink duzları ilə zəngindir. Diqqətlə seçilmiş göbələklərdən düzgün hazırlanmış yeməklər təhlükəsiz və ləzzətli olur. Müasir diyetoloqlar məhsulun faydalılığı ilə bağlı müxtəlif fikirlər bildirirlər. Göbələk bitkisi qiymətli zülalların, təbii duzların və fermentlərin mənbəyi olmaqla yanaşı, həm də həzmi çətin qidalar qrupuna aiddir. Uşaqlar və hamilə qadınlar tərəfindən istehlakı arzuolunmazdır. Göbələyin yığılmasına, saxlanmasına və emalına düzgün əməl olunmadıqda, insan həyatı üçün potensial təhlükə yaradır. Göbələyin tərkibində çoxlu toksinlər mövcuddur. Papaqlı göbələklərin tanınan 3000 çeşidi arasında yalnız 400 növü yeməlidir. Göbələk zəhərlənməsinə səbəb ola biləcək halların siyahısına aşağıdakılar daxildir: - tanış olmayan və şübhəli olan göbələklərin yığılması; - qurdlu və ya çürük, köhnə göbələklərin yığılması və istifadəsi; - aşağı keyfiyyətli qablaşdırmadan istifadə; - göbələk yığarkən şəxsi gigiyena qaydalarına əməl edilməməsi; - göbələkdən hazırlanmış qidanın saxlanılması zamanı temperatur rejiminə əməl olunmaması; - göbələklərin spirtli içkilərlə birlikdə istehlakı. Göbələkdən zəhərlənmə təhlükəsi məhsulu emal etməklə tamamilə aradan qaldırılmır. Konservləşdirilmiş göbələklər qapalı qabda uzun müddət saxlandıqda botulizmə səbəb ola bilər. Konservləşdirmə texnologiyasına riayət olunmalı və yeməyin hazırlandığı otağın gigiyenasına nəzarət edilməlidir. Kortəbii, bazarlarda və ya keyfiyyət sertifikatı olmayan hazır konservləşdirilmiş göbələk istehlak edilməməlidir. Göbələklərdən zəhərlənməyə ilk şübhə yarandığı halda, dərhal həkimə müraciət etmək lazımdır. Göbələk zəhərlənməsinin qarşısını almaq üçün göbələklərin tanınması, yığılması, daşınması, saxlanması və emalı texnologiyasına ciddi riayət etmək tövsiyə olunur.
Şabranda ət satışı məntəqəsində qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Şabran şəhəri, Mərkəzi Bazar ərazisində fəaliyyət göstərən, fiziki şəxs Mirzəyev Bəhmən Mirzəli oğluna məxsus ət satışı məntəqəsində plandankənar yoxlama keçirilib. Baxış zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Ət satışı məntəqəsinin qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl etmədiyi aşkarlanıb. Nöqsanlarla bağlı inzibati protokol tərtib edilib, satış məntəqəsində nöqsanlar aradan qaldırılanadək xidmətlərin göstərilməsi məhdudlaşdırılıb.
Giriş