AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
27 Fevral 2021 14:29
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 26 fevral 2021-ci il tarixində ölkə üzrə 395 ictimai iaşə obyektində 704 monitorinq keçirilib. Monitorinqlər zamanı 42 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
- Abşeron rayonu, Masazır kəndi, Yeni Bakı, Qurtuluş 93, bina 11 ünvanında yerləşən, fiziki şəxs Sadıqov Ramin Rolan oğluna məxsus "Davud" çay evi;
- Qobustan rayonunda yerləşən, fiziki şəxs Məmmədov Taleh Nəzir oğluna məxsus "Qobustan" kafesi;
- Qobustan rayonu, Bakı-Qazax yolunda yerləşən, fiziki şəxs Vahidov Bəhruz Bəhrəm oğluna məxsus "Yurd" kafesi;
- Bakı şəhəri, Sulutəpə qəsəbəsində yerləşən, fiziki şəxs Mirzəyev Bəşir Hüseyn oğluna məxsus kafe;
- Bakı şəhəri, Sülh 14/2 ünvanında yerləşən, fiziki şəxs Xudatov Elçin Əli oğluna məxsus kafe;
- Bakı şəhəri, Ə. Əlizadə ev 8, m1 ünvanında yerləşən, fiziki şəxs Zeynalov Urfan İbad oğluna məxsus “Lounge” kafesi;
- Bakı şəhəri, Z. Tağıyev ev 16/18 ünvanında yerləşən, fiziki şəxs Babayev Nail Yadigar oğluna məxsus kafe;
- Bakı şəhəri, S. Yesenin küçəsində yerləşən, fiziki şəxs Huseynov Eli Mahir oğluna məxsus “Manqal” dönər evi;
- Bakı şəhəri, S. S. Axundov ev 1, mənzil 101 ünvanında yerləşən, fiziki şəxs Şərifov Emil Mübariz oğlun məxsus kafe;
- Bakı şəhəri, Mədən 3, ev. 140 ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Yasin Əkbər oğluna məxsus kafe;
- Bakı şəhəri, Xocalı prospekti 8A ünvanında yerləşən, fiziki şəxs Hidayətov Ramil Yurik oğluna məxsus kafe;
- Bakı şəhəri, İ. Məmmədov küçəsi 1C ünvanında yerləşən, fiziki şəxs Hüseynov Xalıqverdi Kamal oğluna məxsus kafe;
- Bakı şəhəri, Y. Məmmədəliyev, ev 6, m ½ ünvanında yerləşən, fiziki şəxs Cəfərov Sabit Şəddat oğluna məxsus “Kafe tri medvedya” kafesi;
- Bakı şəhəri, Asif Məhərrəmov küç. 45 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Elmir Rəhman oğluna məxsus kafe;
- Bakı şəhəri, Qara Qarayev pr., ev 107 m ünvanında yerləşən, fiziki şəxs Şahverdiyev Sərdar Mirsahib oğluna məxsus çay evi;
- Bakı şəhəri, Ramiz Quliyev küç., ev2 ünvanında yerləşən, fiziki şəxs Babaşov Elməddin Rəhim oğluna məxsus kafe;
- Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə, ev 158 ünvanında yerləşən, fiziki şəxs Zalov Fərid Ramiz oğluna məxsus kafe;
- Bakı şəhəri, Xətai rayonu, M. Hadi, ev 63 ünvanında yerləşən, fiziki şəxs Əliyev Təmkin Rəhim oğluna məxsus “Zəngəzur” kafesi;
- Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 137 ünvanında yerləşən, fiziki şəxs Rahmanov Əyyub Vahid oğluna məxsus “Yanar dönər” ictimai iaşə müəssisəsi;
- Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 137 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Taleh Rəhim oğluna məxsus “Köz Dönər” köşkü;
- Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev, ev 29 ünvanında yerləşən, fiziki şəxs Əliyev Fərid Aslan oğluna məxsus “Sarı” kafesi;
- Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət ştq, Gülbala Əliyev küçəsi 5 ünvanında yerləşən, fiziki şəxs Xəlilov Şakir Şərif oğluna məxsus "Dönər dünyası" ictimai iaşə müəssisəsi;
- Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, Ə. Yaqubov küçəsi kəsişməsi 15 ünvanında yerləşən, fiziki şəxs Məmmədov İsmayıl Məmməd oğluna məxsus "Arada beer" kafesi;
- Bakı şəhəri, Nərimanov rayonu, H. Əliyev ev 135a ünvanında yerləşən, fiziki şəxs İsmayılov Rüfət Nazim oğluna məxsus “Balkon Da” ictimai iaşə müəssisəsi;
- Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli, ev 100, qapı 1 ünvanında yerləşən, fiziki şəxs Qubadov Elxan İlham oğluna məxsus “Okean” restoranı;
- Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev, ev 5 ünvanında yerləşən, fiziki şəxs Mirturabov Müşfiq Rəfael oğluna məxsus “Sərin” restoranı;
- Bakı şəhəri, Binəqədi ray., Binəqədi ştq, Cəfər Xəndan küçəsi 108 ünvanında yerləşən, fiziki şəxs Mansurov Orxan Nadir oğluna məxsus “Clear” otel;
- Lənkəran şəhəri, Qala Xiyabanı ünvanında yerləşən, fiziki şəxs Rəhimli Pərvin Namiq oğluna məxsus kafe;
- Salyan rayonu, Kürqaraşlı ünvanında yerləşən, fiziki şəxs Cəfərli Çingiz Nurəddin oğluna məxsus kafe;
- Hacıqabul rayonu, Navahı ünvanında yerləşən, fiziki şəxs İsmayılov Vahid İsmayıl oğluna məxsus kafe;
- Ağstafa şəhəri, R. Alıcanov küçəsində yerləşən, fiziki şəxs Cəfərov Pərviz Allahverdi oğluna məxsus “Arzu” yeməkxanası;
- Ağstafa şəhəri, Xətai küçəsində yerləşən, fiziki şəxs Rüstəmov Fəqan Etibar oğluna məxsus kafe;
- Göyçay rayonu, Cəyirli kəndində yerləşən, fiziki şəxs Feyzullayev Sədiyar Nizam oğluna məxsus kafe;
- Göyçay rayonu, Nizami küçəsində yerləşən, fiziki şəxs Qədirov Kənan Şahin oğluna məxsus kafe;
- Yevlax şəhəri, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Sarıyeva Ulduzə Azay qızına məxsus kafe;
- Yevlax şəhəri, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Cəfərli Nurlan Vaqif oğluna məxsus dönər evi;
- Yevlax şəhəri, Aşağı Qarxun kəndində yerləşən, fiziki şəxs Allahverdiyev Asif Adil oğluna məxsus kafe;
- Beyləqan rayonu, Milabad qəsəbəsində yerləşən, fiziki şəxs Əliyeva Ceyran Bəxtiyar qızına məxsus kafe;
- Qəbələ rayonu, Laza kəndində yerləşən, fiziki şəxs İbrahimov Mürvət Ələm oğluna məxsus kafe;
- Gəncə şəhəri, Həsən Əliyev, ev 82a ünvanında yerləşən, fiziki şəxs Orucov Vüqar Tofiq oğluna məxsus kafe .
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatın idarəetməsində təmsil olunacaq
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) 92-ci Baş Sessiyası çərçivəsində təşkilatın Avropa Regional Komissiyasının idarə heyətinə seçkilər keçirilib. Səsvermə nəticəsində Azərbaycan təmsilçisi ÜHST-nin Avropa Komissiyasına vitse-prezident seçilib. Bununla da ölkəmiz nüfuzlu təşkilatın idarəçiliyində təmsil olunacaq. 53 ölkənin daxil olduğu regionda tətbiq edilən bir sıra tədbirlər AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin koordinasiyası ilə icra olunacaq. Eyni zamanda beynəlxalq təşkilatın gələcək fəaliyyət strategiyalarının və proqnozlarının hazırlanması Azərbaycan təmsilçisinin iştirakı ilə həyata keçiriləcək. Namizədliyi yekdil səslə qəbul olunan qərar nəticəsində Azərbaycanın digər ölkələr ilə ikitərəfli əməkdaşlığın qurulması potensialının yüksələcəyi, ölkəmizdə əldə edilmiş qabaqcıl təcrübənin digər ölkələrdə tətbiq olunmasına şərait yaranacağı gözlənilir.

Mərkəzi Baytarlıq Laboratoriyasında biokimyəvi və hematoloji analizlər yüksək dəqiqliklə aparılır
Heyvanlarda qan testlərinin aparılması xəstəliklərin diaqnozu üçün ən vacib üsullardan biridir. Artıq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında hematoloji və biokimyəvi qan analizlərinin aparılması mümkündür. Hematoloji testlər vasitəsi ilə qanda hemoqlobinin səviyyəsini, həmçinin qırmızı qan hüceyrələrinin, leykositlərin, trombositlərin sayını təyin etmək mümkündür. Biokimyəvi qan testləri isə heyvanın daxili orqanlarının vəziyyətini qiymətləndirməyə və nəzarətdə saxlamağa imkan verir. Testlərin təyin edilməsində analizatorlardan istifadə olunması nəticələrin qısa müddət ərzində açıqlanmasına kömək edəcək. Qan testləri heyvan xəstəliklərinin başlanğıc mərhələdə aşkar edilməsi, baytar həkimlər tərəfindən müalicənin daha təsirli və sürətli aparılması üçün vacibdir.

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanların SİYAHISI
Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il ölkə üzrə 126 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 70-də həm kəsim, həm satış, 29-da qurbanlıq heyvanların yalnız satışı, 27-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək. Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən istifadə edə bilərlər. Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları https://afsa.gov.az/az/qurban-bayrami-2025 linkinə daxil olmaqla, eləcə də aşağıdakı cədvəldən əldə edə bilərsiniz: