AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
27 May 2021 17:37
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il mayın 26-da ölkə üzrə 433 ictimai iaşə obyektində 734 monitorinq keçirilib. Monitorinqlər zamanı 21 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Badamdar şosesi, ev 286K ünvanında yerləşən,fiziki şəxs Mikayılov Anar Faiq oğluna məxsus “Şəki Rəhman” restoranı;
2. Bakı şəhəri, Yasamal rayonu, Ə. Ələkbərov küçəsi 4 ünvanında yerləşən, fiziki şəxs Həsənli Turan Zöhrab oğluna məxsus “Riva Lounge” restoranı;
3. Bakı şəhəri, Nərimanov rayonu, Əşrəf Əliyev küçəsi 17 ünvanında yerləşən, hüquqi şəxs “Chef Börek Azərbaycan” MMC-yə məxsus restoran;
4. Bakı şəhəri, Səbail rayonu, Badamdard ştq, Ə. Nəzərov küçəsində yerləşən, fiziki şəxs Hacıyev Sənan Xaliq oğluna məxsus “Kabab house” kafesi;
5. Bakı şəhəri, Səbail rayonu, Badamdard ştq, Ə. Nəzərov küç., ev 1d ünvanında yerləşən, fiziki şəxs Abdullayev Elxan Elman oğluna məxsus “AEF Beer House” kafesi;
6. Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küç., ev 26 ünvanında yerləşən, fiziki şəxs Abbasov Elgün Əvəz oğluna məxsus “Köz köfte“ restoranı;
7. Bakı şəhəri, Suraxanı rayonu, Cəlal Qurbanov küçəsində yerləşən, fiziki şəxs Hümbətəliyev Rüstəm Şahin oğluna məxsus “Atilla” restoranı;
8. Bakı şəhəri, Suraxanı rayonu, Ə. Mehbaliyev 14a ünvanında yerləşən, fiziki şəxs Süleymanova Züleyxa Xudu qızına məxsus “Kronos” restoranı;
9. Bakı şəhəri, Yasamal rayonu, Z. Xəlilov küç., ev 52 ünvanında yerləşən, fiziki şəxs Bağırov Xaliq Bağır oğluna məxsus pub;
10. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçivani küçəsi 26D ünvanında yerləşən, fiziki şəxs Abbasov Orxan Elxan oğluna məxsus “Tovuz kənd süfrəsi“ kafesi;
11. Bakı şəhəri, Binəqədi rayonu, Atatürk pr., ev 64 ünvanında yerləşən, fiziki şəxs Xəlilov Əsgər Vaqif oğluna məxsus “Ordubad süfrəsi” restoranı;
12. Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 23c ünvanında yerləşən, fiziki şəxs Şabiyev Elgiz Mirağa oğluna məxsus “Baxça saray“ restoranı;
13. Bakı şəhəri, Binəqədi rayonu, Ə. Naxçivani küç., ev 6 ünvanında yerləşən, fiziki şəxs Məmmədzadə Şəhriyar Seyidməmməd oğluna məxsus dönər evi;
14. Bakı şəhəri, Xətai rayonu, Nobel pr., ev 59m ünvanında yerləşən, fiziki şəxs Babayev İbad Rizvan oğluna məxsus "Bakı süfrəsi" kafesi;
15. Bakı şəhəri, Xətai rayonu, Neapol küç., ev 21D ünvanında yerləşən, hüquqi şəxs “Brilliance” MMC-yə məxsus “Qəsr” restoranı;
16. Bakı şəhəri, Xətai rayonu, Əhmədli ştq, M. Hadi küçəsində yerləşən, fiziki şəxs Həsənov Naib Telman oğluna məxsus "Bakı gecələri" restoranı;
17. Bakı şəhəri, Səbail rayonu, Nizami küç., ev 648 ünvanında yerləşən, hüquqi şəxs "Academy yiyecek içecek" MMC-yə məxsus restoran;
18. Sumqayıt şəhəri, 1-ci mkr-da yerləşən, fiziki şəxs Məmmədov Tural Azər oğluna məxsus "Osmanlı" kafesi;
19. Xaçmaz rayonu, Bakı prospektində yerləşən, hüquqi şəxs “Zeytun-2015” MMC-yə məxsus “Zeytun” restoranı;
20. Salyan rayonu, Yenikənd kəndində yerləşən, fiziki şəxs Cavadov Röyal İbad oğluna məxsus kafe;
21. Saatlı rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Zaidov Vüsal Eldar oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı "Spektra-Vet" MMC-nin respublikamıza idxal etdiyi baytarlıq preparatlarının sınaq nəticələrində uyğunsuzluq aşkarlanıb. Belə ki, Çin Xalq Respublikasından idxal edilən “Farmazin Tylo” əmtəə nişanlı baytarlıq preparatı məhsul partiyasından götürülmüş nümunələrdə pH göstəricisinin normativ texniki tələblərə cavab vermədiyi müəyyən edilib. Uyğunsuzluqla əlaqədar qanunvericiliyə müvafiq qərar qəbul edilərək, 5010 ədəd 50 ml-lik, 3006 ədəd 100 ml-lik məhsul məhv edilib.
Fermer üçün yeni mərhələ: heyvanın identikləşdirilməsindən məhsulun izlənilməsinədək
Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı çərçivəsində heyvanların identikləşdirilməsi sisteminin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Dövlət Proqramının tədbirlər planının 8.5.3-cü bəndinə əsasən həyata keçiriləcək tədbirlər ilk növbədə heyvan sahiblərinin təsərrüfatlarında heyvanların uçotunun və hərəkətinin daha dəqiq izlənilməsinə imkan yaradacaq. Bu isə fermer üçün təsərrüfatındakı heyvanlarla bağlı məlumatların daha sistemli şəkildə aparılması deməkdir. Heyvanın identikləşdirilməsi onun hansı təsərrüfata məxsus olduğunu, hərəkətini və baytarlıq məlumatlarını izləməyə imkan verəcək. Nəticədə xəstəliklərin aşkarlandığı hallarda risk altında olan heyvanların və təsərrüfatların daha sürətli müəyyənləşdirilməsi, müvafiq baytarlıq tədbirlərinin vaxtında həyata keçirilməsi mümkün olacaq. Sistem fermer üçün heyvanların sağlamlıq vəziyyətinə nəzarətin gücləndirilməsinə də şərait yaradacaq. Xəstəliklərin yayılmasının qarşısının daha effektiv alınması təsərrüfatların qorunmasına, heyvan itkilərinin və bununla bağlı iqtisadi zərərlərin azaldılmasına xidmət edəcək. Heyvanların identikləşdirilməsi eyni zamanda heyvan mənşəli məhsulların izlənəbilənliyinin təmin olunmasında mühüm rol oynayacaq. Beləliklə, məhsulun hansı təsərrüfatdan əldə edildiyi barədə məlumatların müəyyənləşdirilməsi qida təhlükəsizliyi zəncirində nəzarətin gücləndirilməsinə imkan verəcək. Dövlət Proqramının icrası çərçivəsində heyvan sahiblərinin identikləşdirmə prosesi barədə məlumatlandırılması və bu istiqamətdə maarifləndirmə tədbirlərinin davam etdirilməsi də nəzərdə tutulur. Beləliklə, identikləşdirmə sistemi fermer üçün yalnız heyvanların qeydiyyata alınması deyil, həm də təsərrüfata nəzarətin gücləndirilməsi, heyvan sağlamlığının qorunması, risklərin vaxtında müəyyənləşdirilməsi və istehsal olunan məhsulların izlənəbilənliyinin təmin edilməsi baxımından əhəmiyyət daşıyır. Bu yanaşma fermer üçün heyvanın qeydiyyatından başlayaraq onun sağlamlıq vəziyyətinin izlənilməsinə, daha sonra isə heyvan mənşəli məhsulların hərəkətinin izlənilməsi imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
Heyvan bazarlarında yeni mərhələ: müasir infrastruktur və gücləndirilmiş baytarlıq nəzarəti
Ölkə üzrə heyvan bazarlarında ötən ildən başlanan yenidənqurma işlərinin əsas hissəsi artıq yekunlaşıb. Yenilənmiş bazarlarda müasir baytarlıq-sanitariya tələblərinin tətbiqi, heyvanların identifikasiyası və hərəkətinin izlənilməsi üçün zəruri infrastruktur yaradılıb. 1 il ərzində ümumilikdə ölkə üzrə 22 heyvan bazarı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Yenidənqurma işləri zamanı əvvəlki bazarlarda mövcud olan baytarlıq-sanitariya və sanitar-gigiyenik tələblərə əməl olunması ilə bağlı çatışmazlıqların aradan qaldırılmasına xüsusi diqqət yetirilib. Bu istiqamətdə sahibkarlıq subyektləri ilə AQTA-nın birgə fəaliyyəti nəticəsində böyük bir layihə qısa zaman kəsiyində icra edilib. Müasir heyvan bazarlarında heyvanların baytar nəzarətində qəbulu, identifikasiyası və hərəkətinin izlənilməsi həyata keçirilir. Bu tədbirlər heyvan xəstəliklərinin vaxtında aşkarlanmasına, onların yayılma riskinin azaldılmasına və ümumi epizootoloji təhlükəsizliyin təmin edilməsinə imkan yaradır. Beləliklə, yenilənmiş və yeni inşa edilən heyvan bazarları yalnız alqı-satqı məkanı deyil, həmçinin heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin və sanitariya tələblərinin təmin edildiyi müasir infrastruktur kimi fəaliyyət göstərir. Daha ətraflı:
Giriş