AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
8 İyun 2021 15:48
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyunun 7-də ölkə üzrə 463 ictimai iaşə obyektində 798 monitorinq keçirilib. Monitorinqlər zamanı 22 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 35 ünvanında yerləşən, fiziki şəxs Kərimov Arzuman Əhməd-Ağa oğluna məxsus "Green park" restoranı;
2. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 35 ünvanında yerləşən, fiziki şəxs İsbəndiyarov Teymur Şökət oğluna məxsus kafe;
3. Bakı şəhəri, Səbail rayonu, İslam Səfərli 1 ünvanında yerləşən, hüquqi şəxs "Siti Keyterinq" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Cafe city" restoranı;
4. Bakı şəhəri, Səbail rayonu, Ə.Əliyev 11 ünvanında yerləşən, fiziki şəxs Həsənov Sahib Akif oğluna məxsus "Bomond" restoranı;
5. Bakı şəhəri, Suraxanı rayonu, Ə.Mehbalıyev 5 ünvanında yerləşən, fiziki şəxs Bayramov Sahib Əlifxan oğluna məxsus "İki tikə" restoranı;
6. Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev - Çobanzadə küç. kəsişməsində yerləşən, fiziki şəxs Abdullayev Zaur Alikoviç oğluna məxsus "Nanə lounge" restoranı;
7. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev 4V ünvanında yerləşən, fiziki şəxs Əmrahov Cambulad Zahid oğluna məxsus "Pivə" kafesi;
8. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov 6 ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Ələkbər Xasay oğluna məxsus kafe;
9. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 39 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Cəmil Yaşar oğluna məxsus "Üzüm" restoranı;
10. Bakı şəhəri, Nizami rayonu, Ş. Qurbanov 21 ünvanında yerləşən, hüquqi şəxs "Azemat" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Dominos pizza" restoranı;
11. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, ev 46 ünvanında yerləşən, fiziki şəxs Gülməmmədov Taleh Rüstəm oğluna məxsus "Qala bazar" restoranı;
12. Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov 28 ünvanında yerləşən, fiziki şəxs Qasımov Cəmil Adil oğluna məxsus "Kaman" restoranı;
13. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 144 ünvanında yerləşən, fiziki şəxs Məlikova Sona Mirsaab qızına məxsus kafe;
14. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev 26, 1956-1989-cu məhəllədə yerləşən, fiziki şəxs Sultanov Emil Nizami oğluna məxsus "Qonşu" restoranı;
15. Bakı şəhəri, Yasamal rayonu, Muxtarov 184 ünvanında yerləşən, fiziki şəxs Murtuzov Elnur Arzu oğluna məxsus kafe;
16. Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospekti 532 ünvanında yerləşən, fiziki şəxs Həsənov İlham Sətdar oğluna məxsus “Mizuri” restoranı;
17. Bakı şəhəri,Yasamal rayonu, Mətbuat prospekti 35 ünvanında yerləşən, fiziki şəxs Salamzadə Ramil Kamil oğluna məxsus kafe;
18. Bakı şəhəri, Səbail rayonu, Kefkab Səfərəliyeva 5 ünvanında yerləşən, hüquqi şəxs "Marine Plaza" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Holiday inn" mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran;
19. Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən, fiziki şəxs Hacıyeva Yeganə Novruz qızına məxsus kafe;
20. Cəlilabad rayonu, Göytəpə ünvanında yerləşən, fiziki şəxs Əsədullayev Zaur Əkram oğluna məxsus kafe;
21. Ağcabədi rayonu, H. Aslanov küçəsində yerləşən, fiziki şəxs Məmmədov Sənan Əli oğluna məxsus dönər evi;
22. Abşeron rayonu, Xırdalan şəhəri, Qalibiyyə küçəsində yerləşən, fiziki şəxs Hüseynov Çingiz Rafiq oğluna məxsus "Abşeron" kafesi.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş