AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
2 Sentyabr 2021 16:37
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il sentyabrın 1-də ölkə üzrə 422 ictimai iaşə obyektində 716 monitorinq keçirilib. Monitorinqlər zamanı 15 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., Hacı Zeynalabdin Tağıyev küç., ev 1230 ünvanında yerləşən, fiziki şəxs Mustafayev İsrafil Natiq oğluna məxsus “Şanı” kafesi;
Bakı şəhəri, Sabunçu rayonu, Eldar Xəlilov küçəsi 68 ünvanında yerləşən, fiziki şəxs Novruzov Mahmud Rövşən oğluna məxsus kafe;
Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev prospektində yerləşən, hüquqi şəxs "Es-Er" MMC-yə məxsus restoran;
Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev prospektində yerləşən, fiziki şəxs Seyidli Xəyyam Məhəmmədəli oğluna məxsus “Şaurma N1” restoranı;
Bakı şəhəri, Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsində yerləşən, fiziki şəxs Zeynalov Urfan İbad oğluna məxsus “Lounge” restoranı;
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs., Alim Şəbiyev küçəsi 9G ünvanında yerləşən, fiziki şəxs Əliyev Səyyad Azər oğluna məxsus kafe;
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs., 28 May küç., ev 22 ünvanında yerləşən, fiziki şəxs Tatarcıoğlu Abdurrahmana məxsus kafe;
Bakı şəhəri, Qaradağ rayonu, Sahil ştq, Salyan şosesi, ev 25 ünvanında yerləşən, fiziki şəxs Əzizov Lətif Baba oğluna məxsus kafe;
Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsi 1 ünvanında yerləşən, fiziki şəxs Fətəliyev Mübariz Füzuli oğluna məxsus kafe;
Bakı şəhəri, Səbail rayonu, Abbasov küç., ev 1 ünvanında yerləşən, hüquqi şəxs "Yeni Bulvar" MMC-yə məxsus mehmanxananın tərkibində fəaliyyət göstərən restoran;
Salyan rayonu, İsmayılov küçəsində yerləşən, fiziki şəxs Abdullayev Zahid Əliağa oğluna məxsus çay evi;
Salyan rayonu, T. İsmayılov küçəsində yerləşən, fiziki şəxs Qarayev Ramil Şirəli oğluna məxsus kafe;
Salyan rayonu, Əliyev pr. 410 ünvanında yerləşən, fiziki şəxs Göyçayev Elnur Vahub oğluna məxsus “Banuçiçək” restoranı;
Salyan rayonu, Həmidov küçəsində yerləşən, fiziki şəxs Hüseynov Aqil Ələkbər oğluna məxsus kafe;
Salyan rayonu, İ. Qayıbov küçəsində yerləşən, fiziki şəxs Nurəliyeva Natavan Mükalı qızına məxsus çay evi.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
“Demetria” MMC-yə məxsus istixana təsərrüfatında sağlamlaşdırma tədbirləri keçirilib
Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkarlanması, yayılmasının qarşısının alınması və bitkiçilik məhsullarının fitosanitar təhlükəsizliyinin təmin edilməsi istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzarət tədbirlərini davam etdirir. Agentliyin Dağlıq Şirvan regional bölməsinin əməkdaşları “Demetria” MMC-yə məxsus istixana təsərrüfatına baxış keçiriblər. İxracı nəzərdə tutulan məhsullardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində qonur qırışıqlıq virusu aşkarlanıb. Virusun yayılmasının qarşısını almaq məqsədilə təsərrüfatda sağlamlaşdırma işləri aparılıb, müvafiq sanitariya və dezinfeksiya tədbirləri görülüb.
İstifadəyə yararsız pestisidlər dövriyyədən çıxarılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şirvan-Salyan regional bölməsinin əməkdaşları Salyan rayonu, Qarabağlı kəndində fəaliyyət göstərən, fiziki şəxs Baloğlanov Asif Balasəf oğluna məxsus bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında nəzarət tədbiri keçirib. Ticarət obyektində istehsal və son istifadə müddəti qeyd olunmayan, qeydiyyata alınmayan, istifadəsi qadağan olunmuş və müddəti bitmiş məhsullar aşkarlanıb. Həmçinin obyektdə sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib, istifadəyə yararsız “Lamd-il-T 5 EC”, “Lambd-il-T 5 EC” və “Alfatoks 100 EC” əmtəə nişanlı insektisid, “Fundazol Plus 50%”, “Alfostar 80% WP” və “Thiram Forte 80% WP” əmtəə nişanlı fungisid məhsullarının dövriyyədən çıxarılmasına dair qərar qəbul edilib.
Xaçmazda pestisid və aqrokimyəvi maddələrin dövriyyəsinə nəzarət tədbirləri keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Quba-Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən Xaçmaz rayonunun Nərəcan, Çinartala, Pirquluoba və Əhmədoba kəndlərində, eləcə də Yeni Həyat qəsəbəsində bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin saxlanma anbarlarında və satış obyektlərində monitorinqlər aparılıb. Monitorinqlər zamanı preparatlar saxlanma və satış şəraiti, sanitariya-gigiyena və təhlükəsizlik tələblərinə uyğunluğu, dövlət qeydiyyatı, etiketlənməsi, keyfiyyət göstəriciləri və yararlılıq müddətləri yoxlanılıb. Baxış zamanı bəzi obyektlərdə hermetikliyi pozulmuş və istifadə müddəti bitmiş məhsullar aşkar edilib. Həmin preparatların satışının qarşısı alınıb və qanunvericiliyə uyğun digər zəruri tədbirlər görülüb. Həmçinin sahibkarlıq subyektlərinə uyğunsuzluqların aradan qaldırılması məqsədilə icrası məcburi göstərişlər verilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş