AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
20 Sentyabr 2021 12:12
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il sentyabrın 19-da ölkə üzrə 390 ictimai iaşə obyektində 671 monitorinq keçirilib. Monitorinqlər zamanı 5 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov pr. 66 ünvanında yerləşən, fiziki şəxs Niftaliyev Namidar Yengibar oğluna məxsus kafe;
2. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəs., S. M. Əfəndiyev küç., ev 7, dön. 1 ünvanında yerləşən, fiziki şəxs Əliyev Cahangir Cavanşir oğluna məxsus kafe;
3. Bakı şəhəri, Səbail rayonu, N. Quliyev küç., ev 45 ünvanında yerləşən, fiziki şəxs Nuriyev Zamin Mirqiyas oğluna məxsus “Dərya” kafesi;
4. Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov pr., ev 23a ünvanında yerləşən, fiziki şəxs Şahbazova Aysel Elşad qızına məxsus dönər evi;
5. Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 3, ev 28 ünvanında yerləşən, hüquqi şəxs “JAFAR R” MMC-yə məxsus mehmanxana.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyinin təmin olunması, baytarlıq-sanitariya və sanitariya-gigiyena qaydalarına əməl olunmasına nəzarət məqsədilə respublika üzrə fəaliyyət göstərən kəsim məntəqələrində növbəti monitorinqlər həyata keçirilib.
Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir
Heyvan kəsimi fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər qida təhlükəsizliyinin təmin olunması və bioloji təhlükəsizlik sisteminin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri Qalib Əbdüləliyev bildirib ki, ölkə başçısının müvafiq Sərəncamına əsasən, 2018-ci ildən etibarən ölkədə mobil, modul və stasionar tipli heyvan kəsim məntəqələrinin yaradılmasına başlanılıb. Agentlik tərəfindən müxtəlif tutumlu kəsim məntəqələrinin texnoloji sxemləri hazırlanaraq sahibkarlara təqdim edilib və bu istiqamətdə görülən işlər müsbət nəticələr verməkdədir.
Təsərrüfatlarda donuzlar arasında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəmizin donuzların Afrika taunu xəstəliyindən azad statusunun qorunub saxlanılması, eləcə də digər xəstəliklər üzrə epizootoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə mütəmadi monitorinqlər aparılır və nəticələr barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına hesabatlar təqdim edilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş