AQTA koronavirusun profilaktikası çərçivəsində reydləri davam etdirir
9 Dekabr 2020 18:13
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Belə ki, AQTA əməkdaşları tərəfindən 8 dekabr 2020-ci il tarixində Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus (COVID-19) yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəki, Quba, Lənkəran, Şəmkir, Cəlilabad, Sabirabad) üzrə 408 ictimai iaşə obyektində 799 monitorinq keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 19-da Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə obyektləri aşağıdakılardır.
Bakı şəhəri üzrə:
Bakı şəhəri, D.Əliyeva 212. Ünvanında yerləşən, Hüquqi şəxs "Amir X" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus kafe, M. Nərimanov 2075 ünvanında yerləşən, fiziki şəxs İsgəndərov Amil Vahid oğluna məxsus kafe, M.Cəlal E 37 ünvanında yerləşən, fiziki şəxs Cəfərova Rəsmiyyə Yusif qızına məxsus kafe, Sulutəpə qəs., R.Allahverdiyev küçəsində yerləşən, fiziki şəxs Abdullayev Cabbar Alcan oğluna məxsus “Təndir evi” kafesi, A.Nemətulla ev 232 ünvanında yerləşən, fiziki şəxs Əliyeva Ruhiyə Əli qızına məxsus kafe.
Digər şəhər və rayonlar üzrə:
Sumqayıt şəhəri, 17-ci mkr ünvanında yerləşən, fiziki şəxs Kərimov Heybət Allahverən oğluna məxsus “Cavidan” kafesi, 17-ci mkr, Niyazi küçəsində yerləşən, fiziki şəxs Behbudov İlqar Eldar oğluna məxsus "Dağ çiçəyi" kafesi, Bədəlbəyli küç., ev 22 ünvanında yerləşən, fiziki şəxs Rzayev Orxan Telman oğluna məxsus "Love palace" kafesi, 18-ci məhəllədə yerləşən, fiziki şəxs Abdulhəşimova Xatin Bəxtiyar qızına məxsus "Sünbül" kafesi, məh. 16, 1 nömrəli məktəbin yanında yerləşən, fiziki şəxs Həsənova Reyhan Rəhim qızına məxsus "Kişmiş" kafesi, Novxanı yolunda yerləşən, fiziki şəxs Ələkbərov Orxan Əfqan oğluna məxsus "Yelkən" kafesi, Novxanı yolunda yerləşən, fiziki şəxs Tapdıqov Ruslan Qivami oğluna məxsus “İbiza” restoranı, Novxanı yolunda yerləşən, fiziki şəxs Məmmədov Turan Qədir oğluna məxsus "Sahil" kafesi, Novxanı yolunda yerləşən, fiziki şəxs Məmmədov Etibar Ramazan oğluna məxsus "Duyğu" restoranı.
Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsində yerləşən, fiziki şəxs Sultanov Məcid Faiq oğluna məxsus “Uğur Qutab” kafesi, Mehdiabad qəsəbəsi, 28 May küçəsində yerləşən, fiziki şəxs Bağırov Əhməd Əsgər oğluna məxsus kafe, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Musayev Mahir Humay qızına məxsus "Şahdağ" kafesi, Xirdalan şəhəri, Bakı-Sumqayıt şosesi 16-cı km. ünvanında yerləşən, fiziki şəxs Mikayılov Xəyal Ramiz oğluna məxsus kafe.
Ağstafa şəhəri, H.Əliyev pr., fiziki şəxs Kərimov Kərim Həsənli oğluna məxsus çay evi.
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində yoxlama-nəzarət tədbirlərini davam etdirir və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Daşkəsəndə heyvanların identifikasiyası ilə bağlı maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsi və Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə heyvanların identifikasiyası işlərinin təşkilinə həsr olunmuş maarifləndirici görüş keçirilib. Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin, rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin nümayəndələrinin, həmçinin rayon ərazisində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatı sahiblərinin iştirak etdikləri görüşdə heyvanların identifikasiyasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Tədbirdə bildirilib ki, heyvanların fərdi identifikasiyası baytarlıq tədbirlərinin daha dəqiq və səmərəli həyata keçirilməsinə, xəstəliklərin vaxtında aşkarlanmasına və onların yayılmasının qarşısının alınmasına mühüm töhfə verir. Eyni zamanda, diqqətə çatdırılıb ki, identifikasiya prosesi Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə icra olunur. Sistem vasitəsilə heyvanların qeydiyyatı və onlar barədə məlumatların elektron uçotunun aparılması təmin olunur.
Balıqçılıq subyektlərində epizootoloji monitorinq keçiriləcək
Respublika ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən balıqçılıq subyektlərində infeksion və invazion xəstəliklər üzrə epizootoloji vəziyyətin öyrənilməsi, xəstəliklərin erkən aşkarlanması və yayılma risklərinin müəyyənləşdirilməsi məqsədilə monitorinq aparılacaq. 5–9 oktyabr tarixlərində keçiriləcək tədbirlər balıqçılıq və akvakultura məhsullarının istehsalı, yetişdirilməsi və dövriyyəsi ilə məşğul olan, həmçinin beynəlxalq ticarətdə iştirak edən və ya belə imkanlara malik 26 təsərrüfatı əhatə edəcək. Monitorinq çərçivəsində balıqların həssas olduğu xəstəliklər üzrə klinik və epizootoloji müşahidələr aparılacaq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək. Təsərrüfatlarda baytarlıq norma və tələblərinə əməl olunması vəziyyəti də nəzərdən keçiriləcək, sahibkarlıq subyektləri üçün maarifləndirici tədbirlər təşkil olunacaq. Epizootoloji vəziyyətə dair müvafiq məlumatlar təhlil ediləcək. Tədbirlərdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və aidiyyəti qurumların mütəxəssisləri iştirak edəcəklər. Qeyd edək ki, balıq xəstəlikləri üzrə epizootoloji vəziyyətin mütəmadi öyrənilməsi balıqçılıq və akvakultura məhsullarının beynəlxalq ticarəti baxımından mühüm əhəmiyyət daşıyır. Əldə olunan nəticələr Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim edilən müvafiq hesabatlarda əks olunur.
Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması ÜHST-nin konfransında qabaqcıl təcrübə kimi təqdim olunub
20-25 sentyabr tarixlərində Latviya Respublikasının Yurmala şəhərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Avropa Regional Komissiyasının 32-ci Konfransı keçirilir. Azərbaycan ÜHST-nin İdarəetməyə Nəzarət Komitəsinin üzvü kimi konfransda fəal iştirak edib. Tədbir çərçivəsində institusional islahatlara yönəlmiş qərarların qəbulunda ölkəmizin maraqları da nəzərə alınıb. Konfransda Azərbaycanı ÜHST-nin Avropa Regional Komissiyasının vitse-prezidenti, AQTA-nın şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev təmsil edib. Konfransın gündəliyinə ölkəmizin xırdabuynuzlu heyvanların taunundan, eləcə də digər xüsusi təhlükəli heyvan xəstəliklərindən azad statusunun qorunması istiqamətində əldə etdiyi təcrübənin müzakirəsi də daxil edilib. Q.Əbdüləliyev təqdimatla çıxış edərək AQTA tərəfindən heyvan sağlamlığının və bioloji təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Giriş