AQTA koronavirusun profilaktikası çərçivəsində reydləri davam etdirir
27 İyul 2020 15:29
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Belə ki, AQTA əməkdaşları tərəfindən 26 iyul 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 34 ictimai iaşə obyekti, 151 ərzaq satışı mağazası olmaqla ümumilikdə 185 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 73-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
“Pepsi”, “İlmart”, “TT”, “Səbət”, “Orion” marketlər, Məmmədova Çimnaz Qara qızına, Məmmədova Aygün Həmid qızına, Əliyev Mübariz Həsən oğluna məxsus ərzaq mağazaları
Digər şəhər və rayonlar üzrə:
Quba rayonunda Azibəkova Nadidə Aysel qızına, Səfərəliyev Vüqar Mayıl oğluna, Talıbov Ceyhun Eldar oğluna məxsus kafelər, Həmzəliyev Qafar Əhəd oğluna məxsus market
İsmayıllı rayonunda “Dostluq”, “Mican”, “Bənövşə”, “Qoşa samovar”, “Halal”, “Relax”, “Samovar” kafeləri, Əhmədov Yunis Yusif oğluna, Əliyev Tamerlan İntiqam oğluna, Nağıyev Ramiz Mirəhməd oğluna, Mustafayev Adəm Bahadur oğluna və Kərimli Elxan Yavər oğluna məxsus kafelər, “Xəyal”, “Qız qalası” restoranları, Hüseynov Elşən Eldar oğluna və Cəfərov Müqbil Raiz oğluna məxsus ət satışı mağazaları, “Sərhəd”, “Girdiman” “Ucuz” marketlər, Həsrətov Vüsal Sehran oğluna, Dəmirov Sübhan Xalı oğluna məxsus ərzaq mağazaları, Kərimli Elxan Yavər oğluna məxsus yeməkxana
Şamaxı rayonunda Novruzov Süleyman Əlikazım oğluna məxsus “Ülvi” market
Kürdəmir rayonunda “Gözəl məkan”, “Laçın”, “Orxan”, “Çinar”, “Elsevər”, “İdeya” kafeləri, “Tunar” market, İsmayılov Vasif Ziyad oğluna məxsus ərzaq mağazası
Göyçay rayonunda Zülfüqarov Əhmədağa Əlisahib oğluna, İsrafilov Ənvər Sirac oğluna, İbadov Varis Maarif oğluna, Kərimov Elşad Aqil oğluna, Ələkbərov İkram Şaban oğluna məxsus ərzaq mağazaları, Quliyev Ülvi Tahir oğluna məxsus kafe, Süleymanov Pünhan İlham oğluna məxsus şirniyyat mağazası
Neftçala rayonunda Əliyev Ramiz Xankişi oğluna məxsus ərzaq mağazası
Mingəçevir şəhərində “Qarabağ” market, Kazımova Rüxsarə Manaf qızına, Hüseynov Elmir İmdad oğluna məxsus ərzaq mağazaları
Yevlax rayonunda Qəribov Cuma Xurşud oğluna və Əliyev Nicat Əmirxan oğluna məxsus kafelər
Lənkəran şəhərində Səmədov Azad Yaşar oğluna, Məmmədov Elxan Səfər oğluna, Məhərrəmov Şükür Rəcəb oğluna məxsus ət satışı mağazaları
Gəncə şəhərində “Mətanət”, “Ülvi”, “Moskva” marketlər
Tovuz rayonunda “Cənnət məkan”, “Antares” kafeləri, “Tovuz” və “Həyat” ərzaq mağazaları
Qazax rayonunda “Dostluq”, “Emil”, “Buta” kafeləri, “Tacir”, “Yeddi gözəl”, “Murad”, “Ayxan” marketlər
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
Ağsu və Qobustan rayonlarında nar istehsalçıları ilə görüşlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq Şirvan regional bölməsi Ağsu rayonunun Cəlayir, Kəndoba, Hacıuşağı, eləcə də Qobustan rayonunun Poladlı, Təsi və Yekəxana kəndlərində nar istehsalçıları ilə görüşlər keçirib. Tədbirlərdə nar bağlarında bitki sağlamlığının qorunması məsələləri müzakirə olunub, zərərverici və xəstəliklərə qarşı effektiv mübarizə üsulları, aqrotexniki qulluq qaydaları və fitosanitar tələblər barədə ətraflı məlumat verilib. Narın həm yerli, həm də xarici bazarlara çıxışı zamanı karantin tələblərinə əməl edilməsinin vacibliyi vurğulanıb. İstehsalçılara daxili karantin sertifikatının əhəmiyyəti, ixrac olunan məhsullarda pestisid qalıqlarının icazə verilən norması izah edilib, ixrac prosesində məhsullardan götürülən nümunələrin laborator müayinələrə cəlb edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, zərərvericilərin erkən aşkarlanması üçün mütəmadi fitosanitar müşahidələr aparılmalı, təsərrüfatlarda bitki mühafizə vasitələrindən istifadə edərkən tətbiq reqlamentinə və təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır. Daha sonra təsərrüfat sahiblərinin sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb. Nar istehsalçılarının maarifləndirilməsi məqsədilə təşkil olunan görüşlər regionun digər rayonlarında da davam etdiriləcək.
Giriş