AQTA mütəxəssisləri “Qarabağ” FK-da görüş keçiriblər
1 Mart 2019 18:21
















Azərbaycan Respublikasının Qida Təhülkəsizliyi Agentliyi və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri "Qarabağ" Futbol Klubunun əsas komandasının məşqçi heyəti və futbolçuları ilə görüşüb. Görüş çərçivəsində idmançılara qida təhlükəsizliyi anlayışı və sağlam qidalanma ilə bağlı geniş məlumatlar verilib. Eyni zamanda klub üzvlərinin gündəlik qida rasionunu ilə bağlı fikir mübadiləsi aparılıb.
Agentlik nümayəndələrib “Qarabağ” adını hər zaman idman arenasında yüksəklərə qaldıran klub rəhbərliyi və futbolçularına bu şərəfli işdə uğurlar arzulayıb, bu sahədə uğurların davamlı olmasında düzgün qidalanmanın əhəmiyyətindən danışıblar.
Görüşdən sonra Qida Təhülkəsizliyi Agentliyi və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri klubun qida məhsullarının emalı sahəsinə baxış keçiriblər və peşəkar metodiki tövsiyələr veriblər.
Oxşar xəbərlər

Qurban bayramı ilə bağlı hazırlıq işləri davam edir
6-7 iyun tarixlərində qeyd olunacaq Qurban bayramı günlərində daha çox heyvanın kəsimi və satışının həyata keçirildiyini nəzərə alaraq, Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti dövlət orqanları ilə birgə əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində aparılan tədbirlərin miqyasını genişləndirib.

Təhlükəli zoonoz xəstəlik — Qarayara
Qarayara — heyvanlardan insanlara keçə bilən zoonoz xəstəliklərdəndir. Hazırda bütün dünyada insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin 60%-dən çoxu məhz zoonoz infeksiyaların payına düşür. Heyvanlar bu infeksiyaya xəstəlik törədiciləri ilə çirklənmiş su və torpaq vasitəsi ilə yoluxur. Xəstəliyin əsas əlamətləri isə bunlardır: heyvan qəfil yıxılır, ağız və burun dəliklərindən qanlı köpük, anus dəliyindən isə qan axır, bir neçə dəqiqə ərzində ölüm halı baş verir. Qanda laxtalanma prosesi getmədiyindən, cəsəd qısa müddətdə köpür və bərkimir. Qarayara xəstəliyindən tələf olmuş heyvanların cəsədinin yarılması yolverilməzdir. Ölmüş heyvanın cəsədi yandırılma yolu ilə zərərsizləşdirilməlidir. İnsanlar xəstə heyvanların əti, ondan hazırlanmış yarımfabrikat məhsulların istehlakı və digər ətraf mühit amilləri ilə bu xəstəliyə yoluxa bilər. Bu zaman yoluxmuş şəxs dərhal tibbi yardım almalıdır. Mal-qaranı qarayara xəstəliyindən qorumaq üçün heyvanların dövri peyvəndlənməyə cəlb olunması vacibdir. Xəstəlikdən qorunmağın ən təsirli yolu baytarlıq nəzarəti olmayan yerdən ət almamaqdır.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Xorvatiya Respublikasının Brodsko-Posavska inzibati ərazi vahidində, Danimarka Krallığının Şimali Yutlandiya regionunda, Türkiyə Respublikasının Kayseri vilayətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
