AQTA mütəxəssisləri Sloveniyada təlimlərdə iştirak ediblər
14 Dekabr 2018 00:00
![AQTA mütəxəssisləri Sloveniyada təlimlərdə iştirak ediblər](https://afsa.gov.az/resized/resize649/center/pages/4201/1682483303618.jpg)
![AQTA mütəxəssisləri Sloveniyada təlimlərdə iştirak ediblər](https://afsa.gov.az/resized/resize649/center/pages/4201/1682483303619.jpg)
![AQTA mütəxəssisləri Sloveniyada təlimlərdə iştirak ediblər](https://afsa.gov.az/resized/resize649/center/pages/4201/1682483303618.jpg)
![AQTA mütəxəssisləri Sloveniyada təlimlərdə iştirak ediblər](https://afsa.gov.az/resized/resize649/center/pages/4201/1682483303619.jpg)
3-7 dekabr tarixlərində AQTA-nın nümayəndə heyəti Sloveniyada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xətti ilə fitosanitar nəzarətinin təkmilləşdirilməsi mövzusunda təlimlərdə iştirak edib.
Səfər zamanı nümayəndə heyəti Sloveniya Respublikasının Qida Təhlükəsizliyi, Baytarlıq və Bitki Mühafizəsi Administratorluğunda qurumun rəhbər şəxsləri ilə görüşlər keçirib və təcrübə mübadiləsi aparıb.
Eyni zamanda AQTA mütəxəssisləri Administratorluğun regional idarələrini, Kənd Təsərrüfatı və Meşə İnstitutunu, İnstitutun nəznində araşdırma mərkəzlərini və Sloveniya Respublikasında qida, bitki və meşə sənayesində fəaliyyət göstərən özəl sahibkarlıq subyektlərini ziyarət edib və onların fəaliyyəti ilə yaxından tanış olublar.
Oxşar xəbərlər
![Quş qripi xəstəliyi ilə bağlı tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9363/woah.jpg)
Quş qripi xəstəliyi ilə bağlı tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
![Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür](https://afsa.gov.az/resized/resize224/center/pages/9334/whatsapp-image-2024-07-17-at-135057.jpg)
Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Yunanıstan Respublikasının Fessaliya və Mərkəzi Yunanıstan inzibati ərazi vahidində xırdabuynuzlu heyvanların taun, Amerika Birləşmiş Ştatlarının Kolorado ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
![Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür](https://afsa.gov.az/resized/resize224/center/pages/9330/whatsapp-image-2024-07-15-at-105609.jpg)
Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
![Bioloji aktiv qida məhsullarının idxalı zamanı riayət edilməsi vacib tələblər](https://img.youtube.com/vi/TUM1wv6QTHY/hqdefault.jpg)