AQTA-nın nümayəndə heyəti Monteneqro, Bosniya və Herseqovinada işgüzar səfərdə olub
14 Oktyabr 2019 12:06
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ölkələr arasında qida təhlükəsizliyi, bitki sağlamlığı və baytarlıq sahələrində əməkdaşlığın genişləndirilməsi, habelə qida məhsullarının idxal və ixrac prosedurları ilə bağlı müzakirələrin aparılması məqsədi ilə oktyabrın 7-11-də Monteneqro, Bosniya və Herseqovinada işgüzar səfərdə olub.
Səfər çərçivəsində Monteneqronun Qida Təhlükəsizliyi, Baytarlıq və Fitosanitar məsələlər Agentliyinin rəhbəri, xanım Vesna Dakoviç, Bosniya və Herseqovinanın Xarici Ticarət və İqtisadi Əlaqələr Nazirliyinin dövlət katibi Hambo Tinyak, eləcə də bu ölkənin Qida Təhlükəsizliyi Agentliyinin direktoru Djemil Hayriçin rəhbərlik etdiyi nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirilib.
Görüşlərdə son illər ölkəmizdə qida təhlükəsizliyi sahəsində həyata keçirilən islahatlar barədə geniş məlumat verən Agentliyin Sədr müavini Rüfət Rüstəmzadə əhalinin sağlam və təhlükəsiz qidalanması istiqamətində qarşıya qoyulan vəzifələrdən danışıb.
Heyvanların identifikasiyası və qeydiyyatı sistemi, subyektlərin qida təhlükəsizliyi qeydiyyatı, bitki mühafizəsi vasitələrinin qeydiyyatı, sınağı və izlənməsi, qalıq miqdarlarının müəyyən edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda sertifikatların qarşılıqlı tanınması, səlahiyyətli qurum və özəl laboratoriyalar arasında əməkdaşlığın qurulması, ixrac əməliyyatları üçün elektron sertfikatların verilməsi kimi vacib mövzuların müzakirə olunduğu ikitərəfli görüşlərdə gələcəkdə birgə təcrübə münadilələrinin həyata keçirilməsi ilə bağlı istiqamətlər müəyyən olunub.
Daha sonra nümayəndə heyəti Monteneqronun Podqoritsa şəhərində Qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar məsələlər idarəsinin, Ekotoksikoloji sınaqlar mərkəzinin, İxtisaslaşdırılmış baytarlıq laboratoriyasının fəaliyyəti ilə yaxından tanış olmuş və Nikşiç şəhərində yerləşən Qoranoviç ət müəssisəsinə baxış keçirmişlər.
Oxşar xəbərlər
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Heyvanların uçotu və qeydiyyatı üzrə tədbirlər davam etdirilir - VİDEO
Heyvanların fərdi uçotunun aparılması və qeydiyyatının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti tədbir Bərdə rayonunda fəaliyyət göstərən təsərrüfatlardan birində həyata keçirilib. Burada saxlanılan 200 baş heyvana fərdi birkalar vurulub, onların nömrələri üzrə müvafiq məlumatlar qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən həyata keçirilib və təsərrüfatda mövcud heyvanların uçota alınması təmin edilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir. Daha ətraflı:
Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən arıçılıq təsərrüfatlarında bioloji təhlükəsizliyin təmin edilməsi, arılar arasında xüsusi təhlükəli, ekzotik, infeksion və invazion xəstəliklərin erkən aşkarlanması məqsədilə epizootoloji monitorinqlər keçiriləcək.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş