AQTA qida əlavələri ilə bağlı aparılan yoxlamaların nəticələrini açıqlayıb
14 Oktyabr 2021 11:10
2021-ci ilin ilk 9 ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə bioloji fəallığa malik qida əlavələrinin ölkəyə idxalı ilə bağlı 2130 müraciət edilib. Onlardan 1731-i qida təhlükəsizliyi sertifikatı ilə təmin edilib. Bu barədə AQTA sədri Qoşqar Təhməzli Agentliyin ilin ilk 9 ayındakı fəaliyyətinə həsr olunan mətbuat konfransında məlumat verib. Bildirib ki, tərkibində ağır metallar aşkar edilən 2 müraciət üzrə məhsulların məhv edilməsi haqqında qərar verilib. 2 müraciət üzrə məhsullar tərkibində ağır metal aşkar edildiyindən və orqanoleptik göstəriciləri uyğunsuz olduğundan geri qaytarılıb.
Q. Təhməzlinin sözlərinə görə, BFMQƏ-lərlə bağlı müxtəlif uyğunsuzluqlar aşkarlanıb: “Etiket məlumatlarında BFMQƏ-nin xəstəliklərin müalicəsi və profilaktikası zamanı istifadə edilməsi, habelə bu cür təəssürat yaradan və istehlakçıların çaşdırılmasına səbəb olan ifadə və məlumatların göstərilməsi, qablaşdırma və istifadə təlimatlarının mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi, qida təhlükəsizliyi sertifikatı olmadan qanunsuz olaraq satışının həyata keçirilməsi, uşaqlar üçün nəzərdə tutulmayan BFMQƏ-nin qablaşdırmasında uşaqlar üçün nəzərdə tutulduğunu göstərən ifadə, şəkil və rəsmlərin yerləşdirilməsi, qadağan olunduğu halda BFMQƏ-lərin həkim reseptinə yazılması və apteklərdə dərman vasitəsi kimi satılması halları aşkarlanır”.
Oxşar xəbərlər
Samuxda sahibkar müraciəti əsasında 165 baş heyvan identifikasiya olunub
Heyvanların identifikasiyası və uçotu üzrə tədbirlər davam etdirilir. Samux rayonunda təsərrüfat sahibi Elmar Əliyevin müraciəti əsasında 165 baş heyvana fərdi birkalar vurularaq qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən təlimata uyğun həyata keçirilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, AQTA tərəfindən təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir.
Heyvanların identifikasiyası niyə vacibdir? – Maarifləndirici çap məhsulları hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhəmiyyəti ilə bağlı maarifləndirici çap məhsulları hazırlanıb. Materiallarda heyvanların fərdi identifikasiyasının baytarlıq tədbirlərinin daha dəqiq və effektiv həyata keçirilməsinə, xəstəliklərin vaxtında aşkarlanmasına və yayılmasının qarşısının alınmasına imkan verdiyi qeyd olunur. Həmçinin heyvanların identifikasiyasının Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə həyata keçirildiyi, fermer və sahibkarların bu məqsədlə AQTA-nın regional bölmələrinə və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) müraciət edə biləcəyi barədə məlumat verilir. Çap məhsulları fermerlər və təsərrüfat sahibləri arasında paylanılacaq və onların maarifləndirilməsi məqsədilə istifadə olunacaq.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş