AQTA qida məhsullarının idxalı üzrə ekvivalentliyin müəyyən edilməsi istiqamətində tədbirlər həyata keçirir
25 Oktyabr 2018 00:00
Xarici ölkələrdən idxal edilən heyvan və heyvan mənşəli məhsulların qida təhlükəsizliyi tələblərinə cavab verməsi, ixracatçı şirkətin heyvandarlıq təsərrüfatının və istehsal müəssisəsinin ölkəmizin idxal tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə İran İslam Respublikası ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində müvafiq tədbirlər həyata keçirilir. Bu barədə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Tehran şəhərində keçirilən növbəti tədbirində Azərbaycanın və İranın müvafiq qurumlarının nümayəndələri arasında razılıq əldə olunub.
İki qonşu ölkə arasında tranzit yükdaşımalar zamanı transsərhəd xəstəliklərlərlə mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsində müvafiq beynəlxalq tələblərə uyğun olaraq, ixracatçı subyektlərin qida təhlükəsizliyi tələblərinin yerinə yetirilməsi məqsədi ilə birgə fəaliyyətə başlanılıb. Qida Təhlükəsizliyi Agentliyin mütəxəssisləri tərəfindən İran İslam Respublikasının Gilan vilayətində yerləşən “Morghe Naabe Shomale Gilan Hoirishment Complex” quşçuluq fabrikinin qida təhlükəsizliyi baxımından qiymətləndirilməsi başa çatmış və Təbrizdə yerləşən “Kesht va Sanat va Damparvari Dasht Azenegin” heyvandarlıq kompleksində hazırda qida təhlükəsizliyi baxımından qiymətləndirilmə işləri həyata keçirilir.
Qeyd edək ki, əməkdaşlıq çərçivəsində Respublikada damazlıq ehtiyaclar nəzərə alınaraq damazlıq yumurta və bir günlük cücələrin İran İslam Respublikasının qeyd edilən müəssisəsindən idxalı barədə razılıq əldə edilib.
Ölkəmizə qida məhsulları idxal edən təşkilatların qida təhlükəsizliyi tələbləri üzrə ekvivalentliyinin müəyyən edilməsi istiqamətində Agentlik tərəfindən tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər - VİDEO
Baytarlıq müayinəsindən keçməmiş, xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi insan sağlamlığı üçün ciddi risklər yaradır. Belə heyvanlardan insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş