AQTA rəhbərliyi ADNSU-nun müəllim və tələbə heyəti ilə görüşüb
29 Yanvar 2019 12:29
Yanvarın 29-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müavini Rüfət Rüstəmzadə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllim və tələbə heyəti ilə görüşüb. Sədr müavini əvvəlcə Azərbaycan-Fransız Universitetinin (UFAZ) laboratoriyasına baxış keçirib, tələbələr üçün yaradılan maddi-texniki imkanlarla tanış olub. Görüş çərçivəsində UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov Kimya mühəndislik laboratoriyası, Fizika laboratoriyası, Lazer Mərkəzinin fəaliyyət sahələri barədə ətraflı məlumat verib.
Daha sonra universitetin müəllim və tələbə heyətinə Agentliyin fəaliyyət istiqamətləri, ölkədə qida təhlükəsizliyi sisteminin qurulması istiqamətində görülən işlər diqqətə çatdırılıb. Bildirib ki, Agentlik tərəfindən fəaliyyətə başladığı andan etibarən “tarladan süfrəyə” qida təhlükəsizliyinin həyata keçirilməsi istiqamətində beynəlxalq standartların tətbiq edilməsi sahəsində müvafiq addımlar atılıb. Tədbirdə tələbələrin Agentlik və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda təcrübə proqramına cəlb edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər - VİDEO
Baytarlıq müayinəsindən keçməmiş, xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi insan sağlamlığı üçün ciddi risklər yaradır. Belə heyvanlardan insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş