AQTA sahibkarlar arasında onlayn sorğu keçirir
21 Yanvar 2021 16:50
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) həyata keçirilən tədbirlərin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən göstərilən xidmətlərin səviyyəsini, həmçinin ictimai rəyi öyrənmək üçün mütəmadi olaraq onlayn qaydada sorğular keçirir. Sorğuların keçirilməsində məqsəd sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin, eləcə də fitosanitar və baytarlıq nəzarəti, qeydiyyat, idxal-ixrac əməliyyatlarının təkmilləşdirilməsindən ibarətdir.
AQTA həyata keçirilən tədbirlərin inklüzivliyini, əhatəliliyini və səmərəliliyini daha da artırmaq məqsədilə qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini onlayn sorğularda iştiraka dəvət edir.
Sahibkarlıq subyektləri qeyd olunan keçidə daxil olaraq (afsa.gov.az/az/info/query) “Qida Təhlükəsizliyi sahəsində ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi istiqamətində istehlakçıların prosesdə aktiv iştirakı”, "Laborator xidmətlərin göstərilməsi", "Qeydiyyat və dövlət reyestrinin aparılması", "Fitosanitar, baytarlıq və qida təhlükəsizliyi nəzarəti tətbiq olunan yüklərin idxalı", "Fitosanitar, baytarlıq və qida təhlükəsizliyi nəzarəti tətbiq olunan yüklərin ixracı" və digər bu kimi mövzularda hazırlanmış sorğularda iştirak edə bilərlər.
Oxşar xəbərlər
Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən arıçılıq təsərrüfatlarında bioloji təhlükəsizliyin təmin edilməsi, arılar arasında xüsusi təhlükəli, ekzotik, infeksion və invazion xəstəliklərin erkən aşkarlanması məqsədilə epizootoloji monitorinqlər keçiriləcək.
Süfrəmizə gələn ətin təhlükəsizliyi haradan başlayır? - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin olunması heyvanın sağlamlığının və mənşəyinin nəzarətdə saxlanılmasından başlayır. Bu prosesdə heyvanların identifikasiyası və baytarlıq nəzarəti mühüm əhəmiyyət daşıyır.
Cəlilabadın Təzəkənd kəndində yerləşən heyvan satışı bazarının fəaliyyətinə icazə verilib - Video
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvan bazarlarının baytarlıq-sanitariya vəziyyətinin qiymətləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə Agentlik sədrinin müvafiq əmri ilə yaradılan komissiya tərəfindən heyvan bazarlarında aparılan yenidənqurma işlərinin mövcud tələblərə uyğunluğu yerində qiymətləndirilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş