AQTA sahibkarlıq subyektlərində aparılan yoxlamaları davam etdirir
27 Fevral 2023 15:25
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkədə qida təhlükəsizliyi ilə bağlı mövcud problemlərin və ya təhlükələrin, baş verən zəhərlənmə hallarının və daxil olan istehlakçı şikayətlərinin təhlili nəticəsində “Qida təhlükəsizliyi problemlərinə dair Multimonitorinq Planı” hazırlanıb.
“Qida təhlükəsizliyi problemlərinə dair Multimonitorinq Planı” çərçivəsində Agentlik əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı ticarət şəbəkələrində satışı həyata keçirilən süd məhsullarından 114 nümunə götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarına təqdim edilib. Eyni zamanda götürülmüş nümunələrin etiket məlumatlarında bir sıra pozuntular aşkarlanıb. Belə ki, kəsmik və xama məhsullarının etiket məlumatlarında 2 halda tərkibində bitki yağından istifadə olunduğu qeyd olunmasa da, laborator müayinələr nəticəsində həmin məhsullarda fitosterinlər aşkarlanıb. Həmçinin digər məhsulların tərkibində fitosterinlər aşkarlandığı halda, məhsulun etiket məlumatlarında bitki yağı deyil, “süd yağı əvəzedicisi” ifadəsindən istifadə edilib. Bununla əlaqədar olaraq, həmin müəssisələrin rəhbərlərinə məhsulların etiket məlumatlarının “Qida təhlükəsizliyi haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunların tələblərinə uyğunlaşdırılması barədə məktub göndərilib.
Aşkar olunmuş faktlarla bağlı araşdırmalar davam etdirilir və qanunvericiliyə uyğun müvafiq tədbirlər həyata keçirilir.
Məlum olduğu kimi, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” və 2023-cü ilin yanvarın 1-dən qüvvəyə minmiş “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanununlarına uyğun olaraq, istehlakçıya qida məhsullarının adı, qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixli, yararlılıq müddəti, saxlanma şəraiti, tərkibindəki allergenlər, mənşəyi, istehsalçının adı və ünvanı, istehsal üsulu və istifadə qaydaları, keyfiyyəti barədə dolğun və düzgün məlumatlar verilməlidir.
Emalında bitki tərkibli yağlardan istifadə edilən süd məhsullarının adları aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyektinin adı
|
Məhsulun növü |
Əmtəə nişanı |
|
1 |
"Uzun Ömür-Süd məhsulları" MMC
|
18% yağlılıqda kəsmik məhsulu 1/200qr |
"Uzun ömür" |
|
18% yağlılıqda ərikli kəsmik məhsulu 1/400qr |
|||
|
10% yağlılıqda xama məhsulu |
|||
|
2 |
"Səhliyalı" kiçik müəssisəsi |
15% yağlılıqda xama məhsulu 1/200qr |
"1000 Bərəkət Dadlı nemət" |
|
3 |
"Şamaxı Dairy Farm" MMC |
25% yağlılıqda xama məhsulu |
"Yurdum" |
|
4 |
"Bakı süd Co" MMC |
18% yağlılıqda qayısılı kəsmik 1/200qr |
"RB" |
|
5 |
"Fiesta Group" MMC |
xama məhsulu 1/180qr |
"Nehrə" |
|
6 |
F/ş Selman İbrahim |
18% yağlılıqda şokoladlı kəsmik məhsulu 1/400qr |
"Selman" |
|
7 |
F/ş Bağırov Saxladər Sabir oğlu |
xama |
"Slavyanka" |
|
8 |
F/ş Hüseynov Ramiz Məcnun oğlu |
10% yağlılıqda xama 1/180qr |
"Bizim era" |
|
9 |
"Agro Milk" MMC |
Holland pendiri 1/250qr |
"Baku cheese" |
|
10 |
"Master Milk" MMC |
40% yağlılıqda "Hausfrau" holland pendiri məhsulu 1/250qr |
"AER" |
Oxşar xəbərlər
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib. Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb. Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş