AQTA sədri Qoşqar Təhməzli Avropa İttifaqının ölkəmizdəki səfiri Peter Mixalko ilə görüşüb
7 İyun 2022 15:45
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqının önəmli tərəfdaş olduğunu vurğulayan AQTA sədri ikitərəfli münasibətlərin bütün istiqamətlər, o cümlədən qida təhlükəsizliyi sahəsində səmərəli və uğurlu əməkdaşlıq müstəvisində inkişaf etdiyini bildirib. Avropa İttifaqı ilə birgə həyata keçirilən layihələrdən söz açan Q.Təhməzli qeyd edib ki, bitki mənşəli qida və yemlər üzrə sanitar və fitosanitar qanunvericiliyin hazırlanması, eləcə də həyata keçirilməsində əməkdaşlıq davam etdirilir və bu əməkdaşlıq çərçivəsində “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” adlı tvinninq layihəsi icra edilməkdədir. Sədr, həmçinin “Fitosanitar nəzarət tədbirlərinin gücləndirilməsi” və “Balıq xəstəliklərinin qarşısının alınması və sağlam balıqyetişdirmə üsullarının öyrənilməsi” adlı TAİEX layihələrinin hazırlanaraq təqdim edildiyini, Avropa İttifaqı tərəfindən həmin layihələr üzrə əməkdaşlığın həyata keçirilməsinin məqbul hesab edildiyini diqqətə çatdırıb. İttifaqa üzv ölkələr ilə qida təhlükəsizliyi, heyvan sağlamlığı, fitosanitar, eləcə də bitki karantini və bitki mühafizəsi sahəsində imzalanmış sənəd layihələrini də nəzərə çatdıran AQTA sədri bir sıra qida məhsullarının Aİ ölkələrinə ixracı üçün monitorinq planlarının hazırlanmasına zərurət olduğunu və bu istiqamətdə Agentlik tərəfindən işlərin davam etdirildiyini bildirib. Həmçinin qonağın diqqətinə çatdırılıb ki, uzun müddət Ermənistan tərəfindən Azərbaycanın işğal altında saxlanılmış ərazilərində şərab və digər məhsullar istehsal edilərək, mənşə ölkəsi Ermənistan göstərilməklə saxtalaşdırmaya yol verilib və həmin məhsulların Aİ ölkələrinə ixracı həyata keçirilib, eyni zamanda bu kimi halların qarşısının alınması ilə bağlı Agentlik tərəfindən davamlı tədbirlər həyata keçirilir.
Peter Mixalko da Avropa İttifaqının Azərbaycanla əlaqələrindən söz açaraq, bu münasibətlərin Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsaslandığını, əməkdaşlığın hazırkı səviyyəsinin məmnunluq doğurduğunu ifadə edib. Aİ və Azərbaycan arasında bir sıra istiqamətlər, o cümlədən qida təhlükəsizliyi sahəsində qarşılıqlı faydalı əməkdaşlığın mövcud olduğunu deyən səfir gələcək əməkdaşlıq imkanlarının günişləndirilməsi üçün bütün sahələr üzrə böyük potensialın olduğunu nəzərə çatdırıb. Azərbaycan ərazilərində qanunsuz olaraq, “Made in Armenia” adı altında şərab və digər məhsulların istehsalı, Aİ ölkələrinə satışı və ixracı ilə bağlı məsələyə də toxunan Peter Mixalko bu istiqamətdə Agentlik tərəfindən həyata keçirilən davamlı fəaliyyəti yüksək dəyərləndirib, eyni zamanda bu kimi neqativ halların qarşısının alınmasında Azərbaycana dəstək göstəriləcəyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq kəsb edən mövzular, o cümlədən bitkiçilik məhsullarının Avropa ölkələrinə ixracının genişləndirilməsi, qabaqcıl təcrübənin öyrənilməsinə dair təlimlərin keçirilməsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Uşaq bağçasında nöqsanlar aşkarlanıb
Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Mətbəxdə istehlaka hazır qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə göndərilib.
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş