AQTA şənlik mərasimlərində monitorinqləri davam etdirir
6 Noyabr 2021 12:05
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində aidiyyəti dövlət orqanları ilə birgə reydləri davam etdirir.
Agentlik əməkdaşları tərəfindən Şəmkir şəhəri, H.Cavid küçəsində fəaliyyət göstərən fiziki şəxs Quluyev Qulu kənan oğluna məxsus “Qoşa Çinar” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub. Yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcəkdir.
Oxşar xəbərlər
Cəlilabadın Təzəkənd kəndində yerləşən heyvan satışı bazarının fəaliyyətinə icazə verilib - Video
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvan bazarlarının baytarlıq-sanitariya vəziyyətinin qiymətləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə Agentlik sədrinin müvafiq əmri ilə yaradılan komissiya tərəfindən heyvan bazarlarında aparılan yenidənqurma işlərinin mövcud tələblərə uyğunluğu yerində qiymətləndirilir.
Heyvanların identifikasiyası nə üçün vacibdir?
Heyvanların identifikasiyası kənd təsərrüfatında heyvanların fərdi şəkildə tanınması, qeydiyyata alınması və onların hərəkətinin izlənilməsi prosesidir. Bu sistem heyvanların sağlamlığının qorunmasına, xəstəliklərin vaxtında aşkarlanmasına və baytarlıq nəzarətinin gücləndirilməsinə mühüm töhfə verir.
Qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) antisanitar şəraitdə, küçə və yol kənarlarında, eləcə də kəsim üçün nəzərdə tutulmayan yerlərdə qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş