AQTA və ADA Universitetinin nümayəndələri arasında görüş keçirilib
29 Avqust 2024 16:04
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və ADA Universitetinin nümayəndələri arasında görüş olub.
Görüş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda təşkil edilməsi planlaşdırılan “Vahid Sağlamlıq” konsepsiyasına həsr olunmuş konfransa hazırlıq məqsədilə keçirilib.
Görüş zamanı konfransla bağlı qarşıda duran məsələlər nəzərdən keçirilib, müzakirələr aparılıb. Eyni zamanda vurğulanıb ki, “Vahid Sağlamlıq” insan, heyvan və ətraf mühitin sağlamlığının optimal səviyyələrinə çatmağa və bu üç sütun arasında davamlı tarazlığa nail olmağa yönəlmiş vahid yanaşmadır. “Vahid Sağlamlıq” konsepsiyasının tətbiqi COP29-un qarşısında duran prioritetlərə çatmaq baxımından vacibdir. Həmçinin konsepsiyanın tətbiqi iqlim dəyişikliyi də daxil olmaqla, sağlamlığa qarşı təhdidlərin qarşısının alınması və ya təsirinin azaldılmasına gətirib çıxaran dayanıqlı həll yollarının müəyyənləşdirilməsi məqsədinə xidmət edir.
Görüşdə qeyd olunan konfransın ölkə səviyyəsində “Vahid Sağlamlıq” konsepsiyasına və prinsiplərinə uyğun insan, heyvan və ekosistemin sağlamlığının qorunması üçün səmərəli mexanizmlərin formalaşdırılmasına töhfə verəcəyi vurğulanıb.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş