AQTA yanında İctimai Şuranın seçki komissiyasının iclası keçirilib
29 Sentyabr 2020 18:09
Ölkəmizdə qida təhlükəsizliyi sahəsində birgə səmərəli fəaliyyətin inkişaf etdirilməsi və yeni təkliflərin hazırlanmasında vətəndaş cəmiyyəti təsisatlarının fəal iştirakını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın yaradılması üzrə müvafiq işlər görülməkdədir. Bu səbəbdən AQTA yanında İctimai Şuranın seçki komissiyasının növbəti iclası keçirilib.
İclasda komissiya üzvləri seçki komissiyasına daxil olan namizəd müraciətlərinin qiymətləndirilməsi və qeydiyyatının aparılması, Şuraya seçkilərin keçirilmə tarixi, yeri və seçki ilə bağlı digər məsələlərə dair müvafiq qərarlar qəbul ediblər. Müraciət etmiş namizədlərin sənədləri təhlil edilib və komissiya üzvləri tərəfindən namizədliyi qeydə alınmış şəxslərin siyahısı təsdiq olunub.
Həmçinin iclasda Şuranın Agentliyin fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, bu sahədə dövlət siyasətinin formalaşdırılması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınmasına töhfə verəcəyi diqqətə çatdırılıb.
Namizədliyi qeydə alınmış şəxslərin adı, soyadı və onlar haqqında ətraflı məlumat yaxın günlərdə toplanaraq Agentliyin rəsmi internet səhifəsi vasitəsilə ictimailəşdiriləcəkdir.
Oxşar xəbərlər
AQTA yanında İctimai Şuranın iclası keçirilib
İyunun 4-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.
AQTA sədri İctimai Şuranın üzvləri ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli AQTA yanında İctimai Şuranın üzvləri ilə görüş keçirib.
AQTA yanında İctimai Şuraya növbəti seçkilər keçirilib
12 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın üzvlərini müəyyənləşdirmək məqsədilə səsvermə keçirilib.