AQTİ-də növbəti "Açıq qapı"
21 Fevral 2020 10:30
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) növbəti “Açıq qapı” günü keçirilib. Tədbirdə vətəndaşlar, bir sıra ictimai təşkilatlar və qida sahəsində fəaliyyət göstərən şirkətlər, həmçinin KİV nümayəndələri iştirak ediblər.
Bildirilib ki, “Açıq qapı” gününün keçirilməsində məqsəd qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində ictimai nəzarət mexanizminin gücləndirilməsi, vətəndaşların prosesdə aktiv iştirakının təmin edilməsidir.
AQTİ-nin Analitik Ekspertiza Mərkəzinin müdiri Xalid Bayramlı iştirakçılara məlumat verib ki, hazırda İnstitutun bazasında Bakıda və regionlarda ən müasir tələblərə cavab verən laboratoriyalar fəaliyyət göstərir. Seçilmiş potensiallı kadrlar təlimlərə cəlb edilərək, laboratoriyalarda müvafiq işlə təmin olunublar. Laboratoriyalarda müayinələr beynəlxalq standartlara uyğun, müasir metodlarla həyata keçirilir.
Bildirib ki, laboratoriyalarda yaradılan imkanlar Azərbaycanda əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi ilə yanaşı, qida məhsullarının ixrac imkanlarının genişlənməsinə də şərait yaradır.
Həmçinin, vətəndaşlar tərkibi və keyfiyyətindən şübhələndikləri istənilən qida məhsulunu İnstitutun beynəlxalq tələblərə cavab verən laboratoriyalarında yoxlatdıra bilərlər.
Görüşdə iştirakçılara sahibkarlarla əməkdaşlıq, İnstitutda aparılan elmi araşdırmalar, keçirilən təlimlər barədə də məlumat verilib. Daha sonra vətəndaşlar laboratoriyalarda aparılan müayinələri əyani şəkildə, yerindəcə müşahidə ediblər. Görüş çərçivəsində vətəndaşları maraqlandıran suallar ətraflı cavablandırılıb. Sonda iştirakçılar səmərəli görüşə görə təşəkkürlərini bildiriblər.
Oxşar xəbərlər
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər - VİDEO
Baytarlıq müayinəsindən keçməmiş, xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi insan sağlamlığı üçün ciddi risklər yaradır. Belə heyvanlardan insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.
AQTA heyvan kəsimi məntəqələrində sağlamlaşdırma işləri aparır
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvan kəsimi məntəqələrində aparılan son monitorinqlər zamanı müəyyən edilmiş sanitar-gigiyenik və sanitar-texniki nöqsanların aradan qaldırılması ilə bağlı sahibkarlara müvafiq göstərişlər verilib. Qısa müddət ərzində məntəqələrdə zəruri sağlamlaşdırma işləri aparılıb, aşkar edilmiş nöqsanlar aradan qaldırılıb və obyektlərin normativ tələblərə uyğunlaşdırılması təmin edilib. Sağlamlaşdırma işləri aparılan məntəqələr aşağıdakılardır: • Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 56; • Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi 63, 2403-cü məhəllə; • Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ ərazisi.
Ölkə üzrə heyvanların identikləşdirilməsi genişləndiriləcək – Dövlət Proqramı
Prezidentin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvanların identikləşdirilməsi və məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) daxil edilməsi nəzərdə tutulur. Prosesin icrası ilə heyvan sağlamlığına nəzarət gücləndiriləcək və heyvan mənşəli məhsulların izlənilməsi təmin olunacaq. Bu çərçivədə heyvan sahibləri və fermerlər identikləşdirilmə prosesinin vacibliyi və tələbləri barədə məlumatlandırılacaq, müvafiq təlimlər keçiriləcək. Dövlət Proqramında heyvanların identifikasiyası və qeydiyyatı ilə bağlı rəqəmsal imkanların inkişafına da xüsusi diqqət yetirilir. Sənəddə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhatə dairəsinin genişləndirilməsi və funksionallığının artırılmasının heyvan sağlamlığı və biotəhlükəsizliyin təmin olunması baxımından əhəmiyyəti vurğulanır. Sistem heyvanların düzgün qeydiyyatını, sağlamlıq vəziyyətinin izlənilməsini və müvafiq tədbirlərin vaxtında həyata keçirilməsini dəstəkləyir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş