AQTİ-də qida təhlükəsizliyi sahəsində çalışmaq istəyən gənclərlə görüş keçirilib
22 May 2019 18:00
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) kimya-texnologiya fakültəsinin tələbələri ilə görüşüblər.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) keçirilən görüşdə bildirilib ki, məqsəd qida təhlükəsizliyi sahəsində çalışmaq istəyən bilikli və bacarıqlı gəncləri əməkdaşlığa cəlb etməkdir. Bu məqsədlə müxtəlif ali məktəblərin tələbələri İnstitutda təcrübə proqramlarına cəlb olunurlar. Təcrübə proqramları çərçivəsində tələbələr laboratoriyaların fəaliyyəti ilə tanışlıqla yanaşı burada çalışan qabaqcıl ölkələrin aidiyyəti strukturlarında təcrübə keçmiş kimyaçılar, mikrobioloqlar, genetiklər, baytar-həkimlər və digər ixtisaslı mütəxəssislərin təcrübələrindən də faydalanırlar.
Görüşdə həmçinin tələbələrə ölkədə qida təhlükəsizliyinin təmin olunması, bu sahəyə peşəkar mütəxəssislərin cəlbi istiqamətində görülən işlər barədə məlumat verilib.
Tədbir iştirakçıları qeyd ediblər ki, belə görüşlərin təşkil edilməsi peşəkar kadrların formalaşmasında böyük rol oynayır.
Tələbələr AQTİ-nin Milli Referens və Mərkəzi Baytarlıq laboratoriyalarının fəaliyyəti ilə tanış olublar. Onlara məlumat verilib ki, sözügedən laboratoriyalar ən müasir avadanlıqlarla təchiz edilib.
Laboratoriyalarla tanışlıqdan sonra tələbələrin Qida Təhlükəsizliyi İnstitutunun yerli bölmələri və laboratoriyalarında işlə təmin olunması üçün müsahibə təşkil olunub və onların bilik və bacarıqları yoxlanılıb.
Oxşar xəbərlər
AQTA heyvan kəsimi məntəqələrində sağlamlaşdırma işləri aparır
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvan kəsimi məntəqələrində aparılan son monitorinqlər zamanı müəyyən edilmiş sanitar-gigiyenik və sanitar-texniki nöqsanların aradan qaldırılması ilə bağlı sahibkarlara müvafiq göstərişlər verilib. Qısa müddət ərzində məntəqələrdə zəruri sağlamlaşdırma işləri aparılıb, aşkar edilmiş nöqsanlar aradan qaldırılıb və obyektlərin normativ tələblərə uyğunlaşdırılması təmin edilib. Sağlamlaşdırma işləri aparılan məntəqələr aşağıdakılardır: • Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 56; • Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi 63, 2403-cü məhəllə; • Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ ərazisi.
Ölkə üzrə heyvanların identikləşdirilməsi genişləndiriləcək – Dövlət Proqramı
Prezidentin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvanların identikləşdirilməsi və məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) daxil edilməsi nəzərdə tutulur. Prosesin icrası ilə heyvan sağlamlığına nəzarət gücləndiriləcək və heyvan mənşəli məhsulların izlənilməsi təmin olunacaq. Bu çərçivədə heyvan sahibləri və fermerlər identikləşdirilmə prosesinin vacibliyi və tələbləri barədə məlumatlandırılacaq, müvafiq təlimlər keçiriləcək. Dövlət Proqramında heyvanların identifikasiyası və qeydiyyatı ilə bağlı rəqəmsal imkanların inkişafına da xüsusi diqqət yetirilir. Sənəddə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhatə dairəsinin genişləndirilməsi və funksionallığının artırılmasının heyvan sağlamlığı və biotəhlükəsizliyin təmin olunması baxımından əhəmiyyəti vurğulanır. Sistem heyvanların düzgün qeydiyyatını, sağlamlıq vəziyyətinin izlənilməsini və müvafiq tədbirlərin vaxtında həyata keçirilməsini dəstəkləyir.
Sahibsiz heyvanların sığınacaqla təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcək
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvan sağlamlığı və biotəhlükəsizliyə nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində sahibsiz heyvanların sığınacaqlarla təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası ilə bağlı məsələlərə aydınlıq gətirib. Ətraflı:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş