AQTİ fındıqda aflatoksin miqdarının azaldılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib
24 Mart 2021 12:41
Azərbaycanda son illərdə fındıqçılıq təsərrüfatı bitkiçilik məhsulları sahəsində ixrac potensialının genişlənməsinə öz müsbət təsirini göstərib. Belə ki, Azərbaycan fındıq ixracına görə dünyada 3-cü yeri tutur və ölkəmizdə yetişdirilən fındıq sortları öz keyfiyyəti ilə xarici bazarlarda yüksək qiymətləndirilir. Fındıq ixracının daha da genişlənməsi və yarana biləcək problemlərin əvvəlcədən qarşısının alınması istiqamətində 2019-2020-ci illərdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Şəki-Zaqatala bölgəsində monitorinqlər aparmışdır. “Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə ixrac olunan fındıq məhsullarının tərkibində aflatoksinin miqdarının yüksək olması ilə bağlı risklərin idarə edilməsinə dair” tədbirlər planına uyğun olaraq elmi-tədqiqat işləri aparılıb və fındıq məhsullarının dövriyyəsinin tənzimlənməsində müasir tələblər, onun yığımı, daşınması, qurudulması, saxlanılması və ixracı, habelə, aflatoksinin quruluşu, yaranma səbəbləri, qida məhsullarında miqdarı, əmələ gəlməsinin qarşısının alınması yolları, insan və heyvan sağlamlığına təsiri ilə bağlı müxtəlif araşdırmaların nəticələri təhlil edilib.
Bu elmi araşdırmalardan: “Fındıqların aflatoksinlə çirklənməsinin qarşısının alınması və azaldılması norma və qaydaları”, “Emal olunmuş fındığın keyfiyyət göstəriciləri”, “Qurudulmuş fındıq ləpəsinin keyfiyyət göstəriciləri”, “Qabıqlı fındıqların keyfiyyət göstəriciləri” adlı 4 təlimat hazırlanıb.
Tədqiqatların nəticəsi göstərir ki, nəm və çürük fındıqlarda aflatoksinin miqdarının yüksək olmasına səbəb məhsulun fermerlər tərəfindən yığımdan sonra dərhal qurudulmaması və polietilen kisələrdə saxlanılmasıdır. Bununla əlaqədar, AQTİ tərəfindən sahibkarlar arasında geniş maarifləndirilmə işləri aparılıb. Sahibkarların diqqətinə çatdırılıb ki, kif göbələyinin formalaşması bağdan başlayır, erkən məhsul yığımı və ya uyğunsuz qurudulma səbəbindən aflatoksin inkişaf edir; saxlanılma və daşınma müddətində isə yoluxma daha da artır. Kif göbələkləri qidalarda mikrobiloji çirklənmələrə, qida çürümələri və ya qida zəhərlənmələrinə səbəb olurlar. Beləliklə də, qidanın tərkibi, qida pH-ı, su aktivliyi, təbii mikroflora, ətraf mühitin kimyəvi və fiziki xüsusiyyətləri, saxlanılma temperaturu və anbarların nəmliyi mikroorqanizmlərin inkişafına təsir edən vacib amillərdir.
Qeyd edək ki, 2017-2018-ci illər ərzində Avropanın müxtəlif ölkələrinə Azərbaycandan ixrac olunan fındıq məhsulları ilə bağlı 36, 2019-cu ildə 10 geri qaytarılma halı qeydə alınıb. Həyata keçirilən tədbirlər nəticəsində 2020-ci ildə Avropa Birliyinə ixrac olunan fındıq məhsullarına dair cəmi 1 geri qaytarılma halı qeydə alınıb.
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş