AQTİ ilə UNEC arasında Anlaşma Memorandumu imzalanıb
20 Sentyabr 2021 16:57
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandumda elmi-tədqiqat işlərinin və müştərək layihələrin hazırlanması və həyata keçirilməsi, həmçinin yüksək ixtisaslı kadrların hazırlanması və təminatı sisteminin yaxşılaşdırılması, tələbə və mütəxəssislərin İnstitutda aparılan elmi-tədqiqat işləri və tədqiqat laboratoriyaları ilə tanış edilməsinin təşkili və digər istiqamətlərdə uzunmüddətli əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Əməkdaşlıq çərçivəsində Universitetin bakalavr, magistr və doktorantura tələbələri AQTİ-nin elmi-tədqiqat işləri, təcrübə və könüllülük proqramlarına cəlb olunacaq.
Anlaşma Memorandumunun məqsədi qarşılıqlı faydalı əməkdaşlığı təşviq etmək və ikitərəfli əməkdaşlığı gücləndirməkdir.
Oxşar xəbərlər
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyinin təmin olunması, baytarlıq-sanitariya və sanitariya-gigiyena qaydalarına əməl olunmasına nəzarət məqsədilə respublika üzrə fəaliyyət göstərən kəsim məntəqələrində növbəti monitorinqlər həyata keçirilib.
Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir
Heyvan kəsimi fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər qida təhlükəsizliyinin təmin olunması və bioloji təhlükəsizlik sisteminin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri Qalib Əbdüləliyev bildirib ki, ölkə başçısının müvafiq Sərəncamına əsasən, 2018-ci ildən etibarən ölkədə mobil, modul və stasionar tipli heyvan kəsim məntəqələrinin yaradılmasına başlanılıb. Agentlik tərəfindən müxtəlif tutumlu kəsim məntəqələrinin texnoloji sxemləri hazırlanaraq sahibkarlara təqdim edilib və bu istiqamətdə görülən işlər müsbət nəticələr verməkdədir.
Təsərrüfatlarda donuzlar arasında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəmizin donuzların Afrika taunu xəstəliyindən azad statusunun qorunub saxlanılması, eləcə də digər xəstəliklər üzrə epizootoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə mütəmadi monitorinqlər aparılır və nəticələr barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına hesabatlar təqdim edilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş