AQTİ işə qəbul elan edir
17 May 2024 10:43
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) keyfiyyətə nəzarət üzrə mütəxəssis və böyük mütəxəssis vəzifələrinə peşəkar kadrları işə dəvət edir.
İşə qəbul üçün kimya mühəndisliyi, biologiya, qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı, sertifikatlaşdırma və standartlaşdırma və digər oxşar ixtisaslar üzrə ali təhsilli şəxslər müraciət edə bilərlər. Eyni zamanda onların müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi, həmçinin ünsiyyət qurma, kompüterdən istifadə (Microsoft Office), “ISO 17025:2017 Sınaq və kalibrləmə laboratoriyalarının səriştəliliyinə dair tələblər”i və “ISO 9001:2015 Keyfiyyəti idarəetmə sistemləri. Tələblər”i tətbiqetmə bacarıqları olmalıdır. İşə qəbul üçün müraciət edənlərdən Azərbaycan dili ilə yanaşı, ingilis dilini bilənlərə, eləcə də “ISO 22000:2018 Qida təhlükəsizliyi idarəetmə sistemləri - Qida zəncirindəki bütün təşkilatlara tələblər”, “ISO 17065:2012 Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılmasını aparan orqanlara dair tələblər”, “ISO 17021-1:2015 Uyğunluğun qiymətləndirilməsi. İdarəetmə sistemlərinin auditi və sertifikatlaşdırmasını təmin edən təşkilatlara dair tələblər”, “ISO 17020:2012 Uyğunluğun qiymətləndirilməsi. İnspeksiya həyata keçirənn müxtəlif növ orqanların fəaliyyətinə dair tələblər” standartlarının tətbiqində iştirak etmiş namizədlərə üstünlük veriləcək.
Göstərilən tələblərə cavab verən şəxslər anket formalarını (CV) 31.05.2024-cü il tarixədək mövzu yerinə “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” yazaraq hr.aqti@afsa.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
İşə qəbul müsahibə əsasında aparılacaq. Yalnız müvafiq tələblərə cavab verən namizədlərin CV-ləri təhlil ediləcək və onlar müsahibəyə dəvət olunacaqlar.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş