Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun elanı
10 Yanvar 2019 00:00
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu “ISO 22000: 2018 - Məlumatlandırma” və “Şirniyyat və çörək məmulatlarında qida təhlükəsizliyi və gigiyena təcrübələri” mövzularında növbəti ödənişli təlimlərini keçirəcək.
“ISO 22000: 2018 - Məlumatlandırma” təlimi yanvarın 15-dən etibarən start götürəcək və iki gün davam edəcək. ISO 22000:2018 beynəlxalq standartı istehsal zamanı qida təhlükəsizliyini təmin etmək üçün risklərə nəzarət etmək imkanı verir. ISO 22000 standartının 2018-ci il versiyası qlobal qida təhlükəsizliyi idarəetmə sistemidir (FSMS) və bu ISO 22000:2005 versiyasını əvəz edir.
“Şirniyyat və çörək məmulatlarında qida təhlükəsizliyi və gigiyena təcrübələri” təlimi isə yanvarın 18-də keçirələcək.
Qeyd edək ki, hər iki təlimin sonunda iştirakçılar sertifikatla təltif olunacaqlar. Maraqlanan şəxslər əlavə məlumat əldə etmək üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (012) 565 12 82 (daxili 589) nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Oxşar xəbərlər
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər - VİDEO
Baytarlıq müayinəsindən keçməmiş, xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi insan sağlamlığı üçün ciddi risklər yaradır. Belə heyvanlardan insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş