Azərbaycan və Tacikistan arasında qida və kənd təsərrüfatı məhsullarının qarşılıqlı dövriyyəsi ilə bağlı bir sıra məsələlər müzakirə edilib
6 May 2022 14:47
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Tacikistan Respublikasının kənd təsərrüfatı naziri Sadi Kərimzoda arasında ikitərəfli görüş keçirilib.
Görüşdə Azərbaycanın qida təhlükəsizliyi sistemindən bəhs edən AQTA sədri Qoşqar Təhməzli sahənin inkişaf etdirilməsi istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb, həyata keçirilən yeniliklər, o cümlədən innovativ həllərin tətbiqi üzərində keyfiyyətin yüksəldilməsi ilə ümumilikdə əldə olunan nailiyyətləri qeyd edib. Eyni zamanda ölkələr arasında qida məhsullarının idxal-ixrac prosesinin daha səmərəli təşkili, həmçinin heyvan, bitki sağlamlığı və qida təhlükəsizliyi sahəsində təcrübə mübadiləsinin genişləndirilməsinin, iki ölkə arasında qida təhlükəsizliyinin təmin olunmasında ikitərəfli görüşlərin davam etdirilməsinin faydalı olacağı vurğulanıb.
Tacikistan Respublikasının kənd təsərrüfatı naziri Sadi Kərimzoda bütün sahələr, o cümlədən qida təhlükəsziliyi sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.
Görüşdə idxal-ixrac proseslərinin sadələşdirilməsi, operativliyin təmin olunması məqsədilə Tacikistanın idxal tələblərinin Agentliyə təqdim olunması kimi məsələlər önə çəkilib. Həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında imzalanmış Saziş”də nəzərdə tutulan məsələlərin icrasının daha səmərəli təmin olunması məqsədilə işçi qrupun formalaşdırılmasının zəruriliyi diqqətə çatdırılıb. Görüşdə heyvan xəstəliklərinə qarşı mübarizə, eyni zamanda özəl baytarlıq fəaliyyətinin qurulması ilə bağlı təcrübə mübadiləsinin aparılması mövzusunda fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
AQTA heyvan kəsimi məntəqələrində sağlamlaşdırma işləri aparır
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvan kəsimi məntəqələrində aparılan son monitorinqlər zamanı müəyyən edilmiş sanitar-gigiyenik və sanitar-texniki nöqsanların aradan qaldırılması ilə bağlı sahibkarlara müvafiq göstərişlər verilib. Qısa müddət ərzində məntəqələrdə zəruri sağlamlaşdırma işləri aparılıb, aşkar edilmiş nöqsanlar aradan qaldırılıb və obyektlərin normativ tələblərə uyğunlaşdırılması təmin edilib. Sağlamlaşdırma işləri aparılan məntəqələr aşağıdakılardır: • Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 56; • Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi 63, 2403-cü məhəllə; • Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ ərazisi.
Ölkə üzrə heyvanların identikləşdirilməsi genişləndiriləcək – Dövlət Proqramı
Prezidentin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvanların identikləşdirilməsi və məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) daxil edilməsi nəzərdə tutulur. Prosesin icrası ilə heyvan sağlamlığına nəzarət gücləndiriləcək və heyvan mənşəli məhsulların izlənilməsi təmin olunacaq. Bu çərçivədə heyvan sahibləri və fermerlər identikləşdirilmə prosesinin vacibliyi və tələbləri barədə məlumatlandırılacaq, müvafiq təlimlər keçiriləcək. Dövlət Proqramında heyvanların identifikasiyası və qeydiyyatı ilə bağlı rəqəmsal imkanların inkişafına da xüsusi diqqət yetirilir. Sənəddə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhatə dairəsinin genişləndirilməsi və funksionallığının artırılmasının heyvan sağlamlığı və biotəhlükəsizliyin təmin olunması baxımından əhəmiyyəti vurğulanır. Sistem heyvanların düzgün qeydiyyatını, sağlamlıq vəziyyətinin izlənilməsini və müvafiq tədbirlərin vaxtında həyata keçirilməsini dəstəkləyir.
Sahibsiz heyvanların sığınacaqla təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcək
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvan sağlamlığı və biotəhlükəsizliyə nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində sahibsiz heyvanların sığınacaqlarla təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası ilə bağlı məsələlərə aydınlıq gətirib. Ətraflı:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş