Bakıda Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Kommunikasiya üzrə Milli Əlaqələndiriciləri üçün Regional Seminar işə başlayıb
18 Oktyabr 2023 10:19
Bu gün Bakıda Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Kommunikasiya üzrə Milli Əlaqələndiriciləri üçün Regional Seminarın işinə start verilib.
18-20 oktyabr tarixlərini əhatə edən tədbir Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə ÜHST-nin birgə təşkilatçılığı və Avropa İttifaqının (Aİ) dəstəyi ilə təşkil olunub. Seminarda AQTA, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ÜHST və Aİ-nin məsul şəxsləri və əməkdaşları iştirak edir.
Seminar Kommunikasiya üzrə Milli Əlaqələndiricilər üçün infodemiyanının idarə olunması və fövqəladə hallar zamanı onların təsirinin azaldılması üçün milli imkanların yaradılması, heyvan sağlamlığı və əlaqəli sahələrdə infodemiyanın qarşısının alınması və onlara qarşı cavab tədbirlərinin görülməsi üçün istifadə edilən strategiyalar, təcrübələr, metodlar və alətlər haqqında ümumi məlumatların ötürülməsi və infodemiya ilə mübarizə üzrə ölkələrin təcrübələrinin bölüşülməsi məqsədilə keçirilir.
Tədbirdə çıxış edən AQTA sədrinin müavini Balarəhim Quliyev bildirib ki, Agentliyin məqsədlərindən biri “Vahid sağlamlıq” konsepsiyası çərçivəsində insanların və heyvanların sağlamlığı üçün təhlükə yaradan, təbiətə və ətraf mühitə ziyan vuran, habelə ciddi iqtisadi itkilərə səbəb olan xəstəliklərə qarşı ən effektiv izləmə və mübarizə üsullarını icra etməkdir. Respublikamız bununla qloballaşan dünyada bioloji təhlükəsizliyin təmin olunması və zərərsiz qida məhsulları ilə təminatın yaxşılaşdırılması işlərinə fayda vermək niyyətindədir. Azərbaycanın 1995-ci ildə ÜHST-yə üzv qəbul edildiyini vurğulayan B.Quliyev vurğulayıb ki, təşkilatla əməkdaşlıq ölkəmizdə heyvan sağlamlığı problemlərinin həllində, bioloji təhlükəsizliyin qorunmasında və beynəlxalq ticarətin tənzimlənməsində mühüm rol oynayır. Eyni zamanda Agentlik son 5 ildə ÜHST-nin, Aİ-nin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və digər beynəlxalq təşkilatların çağırışlarına qoşulmaqla, beynəlxalq və regional miqyasda xüsusi təhlükələrə səbəb olan heyvan xəstəlikləri ilə mübarizədə məqsədyönlü tədbirləri davam etdirir. Belə ki, “Xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyinə nəzarət və xəstəliyin aradan qaldırılması üzrə Qlobal Strategiya” ilə bağlı müvafiq işlər görülüb və “Transsərhəd heyvan xəstəlikləri üzrə Qlobal Çərçivə” (GF-TAD) daxilində Proqressiv Nəzarət yolu (PCP) və Dabaq xəstəliyi ilə mərhələli mübarizə Planı çərçivəsində fəaliyyətlər həyata keçirilir. Bununla yanaşı, Azərbaycan 2023-2025-ci illər üzrə dabaq xəstəliyi üzrə Şərqi Avrasiya Regional Məsləhət Qrupunun sədri seçilib.
AQTA sədrinin müavini qeyd edib ki, müvafiq sahədə ölkələrarası işgüzar əlaqələrin qurulması ilə yanaşı, respublika daxilində xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı mübarizə işində əlaqədar qurumlar arasında çevik kommunikasiya mexanizmləri, habelə dövlət-özəl sektor əməkdaşlığı strategiyası tətbiq olunmaqdadır. Belə ki, bu il Azərbaycanda region ölkələri arasında ilk dəfə aviasiyadan istifadə edilməklə, meşə massivində vəhşi heyvanların aldadıcı yem vasitəsilə peyvəndlənməsi həyata keçirilib və bu tədbir davam etdiriləcək. Həmçinin tədbirin regional effektinin təmin olunması üçün Rusiya Federasiyası və Gürcüstan Respublikası ilə uyğunlaşdırılmış şəkildə eyni strategiyanın həyata keçirilməsinə dair müzakirələr aparılır. Eləcə də yüksək patogen quş qripi, dabaq və quduzluq kimi xüsusi təhlükəli xəstəliklər üzrə böhran vəziyyətinin idarə olunması üçün ölkəmizdə mütəmadi qaydada simulyasiya təlimləri keçirilir. Müxtəlif xəstəliklərə görə, ailə təsərrüfatlarında, quşçuluq müəssisələrində və təbiət ərazilərində aidiyyəti qurumların iştirakı ilə mütəmadi olaraq epizootoloji monitorinqlər reallaşdırılır. Qeyd edilənlərlə yanaşı, respublikada xüsusi təhlükəli heyvan xəstəliklərinin erkən aşkarlanması və çevik cavab tədbirlərinin icrası məqsədilə ciddi işlər aparılır və bu sahə dövlətin diqqət mərkəzindədir. Hazırda müxtəlif növ heyvanlara aid 39 xəstəliyə qarşı mübarizə tədbirləri dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.
Seminarda müvafiq nazirliklərin və beynəlxalq təşkilatların nümayəndələri də çıxış edib. Çıxışlardan sonra isə tədbir “ÜHST-nin kommunikasiya fəaliyyətlərinin və əlaqələndirici şəxslərinin rolunun araşdırılması” və “İnfodemik idarəetmə konsepsiyası və proseslərinə giriş” mövzularına dair təqdimat, interaktiv sessiya və simulyasiya məşqləri ilə davam edib.
Seminar zamanı AQTA-nın heyvan sağlamlığı sahəsində 5 il ərzində gördüyü işlərə və ÜHST-nin Kommunikasiya üzrə Milli Əlaqələndiricilərinin roluna dair videoçarxlar nümayiş olunub.
Qeyd edək ki, tədbir çərçivəsində oktyabrın 19-da “Adekvat müdaxilələr və qiymətləndirmə ilə infodemiyanı necə həll etmək olar?” mövzusu ilə bağlı təqdimat və simulyasiya məşqlərinin həyata keçirilməsi və müzakirələrin aparılması, oktyabrın 20-də isə müvafiq məsələlər üzrə təqdimat və sessiyaların təşkil olunması planlaşdırılır.
Oxşar xəbərlər
Heyvanların identifikasiyası niyə vacibdir? – Maarifləndirici çap məhsulları hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhəmiyyəti ilə bağlı maarifləndirici çap məhsulları hazırlanıb. Materiallarda heyvanların fərdi identifikasiyasının baytarlıq tədbirlərinin daha dəqiq və effektiv həyata keçirilməsinə, xəstəliklərin vaxtında aşkarlanmasına və yayılmasının qarşısının alınmasına imkan verdiyi qeyd olunur. Həmçinin heyvanların identifikasiyasının Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə həyata keçirildiyi, fermer və sahibkarların bu məqsədlə AQTA-nın regional bölmələrinə və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) müraciət edə biləcəyi barədə məlumat verilir. Çap məhsulları fermerlər və təsərrüfat sahibləri arasında paylanılacaq və onların maarifləndirilməsi məqsədilə istifadə olunacaq.
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş