BƏƏ-nin ölkəmizdəki səfiri Məhəmməd Əl Bluşi AQTA-da olub
21 Yanvar 2026 17:58
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Məmmədrəhim Nəcəfov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi arasında görüş keçirilib.
Görüş zamanı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında son illərdə siyasi, iqtisadi və digər sahələr üzrə əməkdaşlığın genişlənməsi, eləcə də mövcud potensialın daha da artırılması imkanları yüksək qiymətləndirilib. Agentlik tərəfindən BƏƏ-nin qida təhlükəsizliyi nəzarət sisteminin ekvivalentliyinin tanınması barədə qəbul edilən qərar əməkdaşlığın inkişafına töhfə kimi dəyərləndirilib.
Qeyd edilib ki, 2025-ci il ərzində Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə mal əti, quş əti, kərə yağı, qarğıdalı, kinoa, bitkiçilik və digər məhsullar idxal edilib. Eyni zamanda, Azərbaycandan qarşı tərəfə əsasən emal olunmuş ət məhsulları, süfrə yumurtaları, bitki yağları, meyvə şirələri ixrac edilib.
Görüş çərçivəsində “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyi arasında heyvan sağlamlığı və qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” layihəsi də müzakirə edilib.
Müzakirələr zamanı iki ölkə arasında dəniz məhsulları, bal və digər arı məhsulları, ət və ət məhsulları, süd və süd məhsulları üzrə ümumilikdə dörd baytarlıq sertifikatının rəsmi şəkildə razılaşdırıldığı diqqətə çatdırılıb.
Eyni zamanda, Azərbaycan mənşəli, qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətində olan ixracyönümlü məhsulların BƏƏ bazarına çıxışının genişləndirilməsi, habelə diri heyvanların ixracı üçün baytarlıq sertifikatlarının razılaşdırılması məsələləri üzrə geniş fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
“Vahid Sağlamlıq” mentorluq proqramı çərçivəsində tələbələrin mentorlarla görüşləri keçirilir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən “Vahid Sağlamlıq” mentorluq proqramı çərçivəsində seçilmiş tələbələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi, peşəkar istiqamətləndirilməsi və praktiki təcrübələrinin artırılması məqsədilə onların fərdi profillərinə və maraq dairələrinə uyğun mentorlarla görüşləri keçirilir. Proqramın 12 həftəlik ardıcıl və standartlaşdırılmış inkişaf modeli əsasında iştirakçılara qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı, eləcə də ictimai sağlamlıq sahələrini əhatə edən müvafiq bilik və təcrübələr aşılanır. Görüşlər zamanı mentorlar tərəfindən tələbələrlə müvafiq sahələr üzrə aktual məsələlər, mövcud çağırışlar, qabaqcıl yanaşmalar və praktiki fəaliyyət istiqamətləri barədə müzakirələr aparılır. Eyni zamanda, tələbələrin nəzəri biliklərinin real iş mühitində tətbiqi, analitik düşünmə, problem həll etmə və peşəkar ünsiyyət bacarıqlarının inkişafına xüsusi diqqət yetirilir. Mentorluq görüşləri ilə paralel olaraq texniki biliklərin dərinləşdirilməsi məqsədilə müvafiq ekspertlərlə müzakirələrin aparılması prosesi də həyata keçirilir.
RİTM - sahibkarlıq subyektləri üçün əlçatan təlim platforması - Video
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Rəqəmsal və İnnovativ Təlim Mərkəzi (RİTM) qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində müasir bilik və bacarıqların əldə olunması üçün yeni imkanlar yaradır. Rəqəmsal platforma sahibkarlar, qida ilə təmasda olan əməkdaşlar, tələbələr və mütəxəssislər üçün müxtəlif istiqamətlər üzrə təlimlərə məsafədən qoşulmaq imkanı təqdim edir. Xüsusilə regionlarda fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektləri üçün əlçatan olan platforma qanunvericiliyin tələb etdiyi gigiyenik təlimlərdə iştirakı da asanlaşdırır. Təlimləri uğurla başa vuran iştirakçılar elektron rəsmi sertifikat əldə edirlər. Ətraflı linkə keçid edin:
“Qidanın Nəbzi”: Bazardan süfrəyədək qida təhlükəsizliyi - VİDEO
Hər gün alış-veriş etdiyimiz bazarlarda ərzaq məhsullarının təhlükəsizliyinə necə əmin ola bilərik? Məhsulların saxlanması, daşınması və satışı zamanı hansı tələblərə əməl olunmalıdır? “Qidanın Nəbzi” podkastının növbəti buraxılışında təhlükəsiz ərzaq bazarının əsas şərtlərindən, sahibkar və istehlakçıların məsuliyyətindən danışırıq.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş