Bildiriş
24 Dekabr 2018 00:00
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tender komissiyası bildirir ki, “Avtomatlaşdırılmış Qida Tәhlükәsizliyi İnformasiya Sistemi”-AQTİS və “Әrzaq məhsullarının istehsalı, idxalı, ehtiyatları və ticarət axınları üzrə vahid elektron informasiya portalının yaradılması” üçün proqram təminatının satınalınması məqsədilə 04 dekabr 2018-ci il tarixində keçirilmiş təkliflər sorğusunun yekun protokoluna uyğun olaraq “Caspel” MMC qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.
Oxşar xəbərlər
Qurbanlıq heyvanların kəsimi yalnız sanitariya-gigiyena tələblərinə cavab verən məntəqələrdə həyata keçirilməlidir
Ölkəmizdə 27-28 may tarixlərində müqəddəs Qurban bayramı qeyd olunacaq. Bayram günlərində əhalinin sağlamlığının qorunması, ətraf mühitin çirklənməsinin qarşısının alınması və təhlükəsiz ət məhsulları ilə təminatın təşkili məqsədilə heyvan kəsimi və satışı prosesinə nəzarət gücləndiriləcək. Qurbanlıq heyvanların kəsimi yalnız xüsusi ayrılmış, müvafiq infrastrukturla təchiz olunmuş və sanitariya-gigiyena tələblərinə cavab verən məntəqələrdə həyata keçirilməlidir. Küçə, yol kənarı və məhəllələrdə qanunsuz və antisanitar şəraitdə aparılan kəsimlər xəstəliklərin yayılmasına şərait yaratdığı üçün yolverilməzdir. Bayram günlərində icra edilən hər bir kəsim prosesi insan sağlamlığı və ətraf mühitin qorunmasına yönəlməlidir. Müəyyən edilmiş qaydalara əsasən, heyvan kəsimi məntəqələrində fasiləsiz su təminatı təşkil edilməli, istifadə olunan bütün alətlər daim dezinfeksiya olunmalıdır. Proses zamanı yaranan tullantılar vaxtında və düzgün şəkildə ərazidən kənarlaşdırılmalıdır. Kəsimi həyata keçirən qəssablar mütləq xüsusi işçi geyimində fəaliyyət göstərməli və müvafiq tibbi yoxlamadan keçməlidirlər.
Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının 93-cü Baş Assambleyasında təmsil olunur
Parisdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Ümumdünya Nümayəndələr Assambleyasının 93-cü Baş Sessiyası işə başlayıb.
AQTA nümayəndəsi Parisdə beynəlxalq tədbirdə iştirak edir
Parisdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Baş Qərargahında İdarəetməyə Nəzarət Komitəsinin 10-cu görüşü keçirilir. Komitənin işində ölkəmizi AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri Qalib Əbdüləliyev təmsil edir. Tədbirin gündəliyinə dünya heyvan sağlamlığı sistemində aparılacaq islahatların planı, “Vahid Sağlamlıq” konsepsiyası çərçivəsində insan-heyvan-ətraf mühit sağlamlığının qorunması, qida təhlükəsizliyi, həmçinin maliyyələşmə və idarəetmədə rəqəmsallaşmanın genişləndirilməsi məsələləri daxildir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş