BİLDİRİŞ
13 Dekabr 2019 11:32
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin tender komissiyası bildirir ki, mebel avadanlıqlarının satın alınması məqsədilə 25 oktyabr 2019-cu il tarixində elektron qaydada elan edilmiş açıq tenderin nəticələrinə əsasən "İdeal Office" MMC qalib olmuş və həmin təşkilatla 205.010,84 manat məbləğində müvafiq satınalma müqaviləsi bağlanmışdır.
Tender komissiyası
Oxşar xəbərlər
Dünyadakı epizootik vəziyyətlə bağlı bəzi məhdudiyyətlər tətbiq olunub
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Macarıstanın Zala bölgəsində xırdabuynuzlu heyvanların taun, Polşa Respublikasının Varminsko-Mazursk inzibati ərazisində blutanq, Liviya Dövlətinin Zəviyə dairəsində dabaq, Nigeriya Federativ Respublikasının Plato ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Zala bölgəsindən, Varminsko-Mazursk inzibati ərazisindən, Zəviyə dairəsindən iri və xırdabuynuzlu heyvanların, habelə onlara aid məhsulların, Plato ştatından isə quş və quşçuluq məhsullarının idxalı və tranzit daşınması ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Bruselyoz xəstəliyinə qarşı seroloji monitorinq keçiriləcək
Ölkəmizdə bruselyoz xəstəliyinə qarşı epizootoloji vəziyyətin sabitliyinin təmin edilməsi məqsədilə mübarizə tədbirləri davam etdirilir. 2025-ci ilin 17-28 fevral tarixlərində respublikanın 51 rayonunun (şəhərinin) 374 yaşayış məntəqəsində fəaliyyət göstərən 20 başdan yuxarı südlük istiqamətli iribuynuzlu (süd verən) heyvanların saxlandığı 754 fərdi və fermer təsərrüfatlarında seroloji monitorinq keçiriləcək. Monitorinq çərçivəsində 3770 baş süd verən iribuynuzlu heyvanlardan diaqnostik nümunələr götürülərək laborator müayinələr aparılacaq, habelə təsərrüfatlara ümumi baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinq barədə məlumatlar müvafiq sistemə daxil olunacaq.\\Qeyd edək ki, insanların brusellyoza yoluxmasının yeganə mənbəyi xəstə heyvanlardır və əksər hallarda yoluxma süd və süd məhsulları vasitəsilə baş verir. Ona görə də istehlakçılar bu cür məhsulları seçərkən daha diqqətli olmalıdırlar
Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək
2025-ci ilin 10-14 fevral tarixlərində quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək. Monitorinq zamanı ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə yanaşı, vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq və bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək, habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Tədbir müddətində götürülmüş nümunələrin müvafiq müayinələri aparılacaq. Məlumatlar müvafiq elektron sistemə daxil ediləcək.