Çin Xalq Respublikasına qida məhsullarının ixracı ilə məşğul olan sahibkarların diqqətinə!
2 Noyabr 2021 10:38
Dəyərli sahibkarlar,
Məlumat üçün bildiririk ki, Çin Xalq Respublikası Baş Gömrük İdarəsinin 2021-ci il 13 aprel tarixli 248 nömrəli Qərarı ilə təsdiq edilmiş “Digər ölkələrdən idxal edilən qida məhsulları istehsalçılarının qeydiyyatı və idarəedilməsi üzrə Çin Xalq Respublikasının Qaydaları”na görə, 2022-ci il 1 yanvar tarixindən ÇXR-ə ixrac məqsədilə 18 məhsul kateqoriyasına (siyahısı əlavə olunur) aid məhsulları istehsal və ya emal edən, yaxud belə məhsulların saxlanması ilə məşğul olan bütün müəssisələrin Çin Baş Gömrük İdarəsində qeydiyyatdan keçməsi tələb olunacaq. Göstərilən tarixdən etibarən qeydiyyatdan keçməyən müəssisələr tərəfindən ÇXR-ə qida məhsullarının ixracına icazə verilməyəcəkdir.
Yeni Qaydalara əsasən, digər dövlətlərdən ÇXR-ə məhsul ixrac etmək üçün müəssisələr Çin Baş Gömrük İdarəsində qeydiyyata düşmək məqsədilə ixracatçı ölkənin müvafiq səlahiyyətli qurumuna (Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə) müraciət etməlidir. İxracatçı ölkənin müvafiq səlahiyyətli qurumu tərəfindən müəssisələrin qiymətləndirilməsi həyata keçirilməli və tələblərə tam cavab verdiyi halda ÇXR-in müvafiq qurumuna həmin müəssisələrin qeydiyyata alınması məqsədilə müraciət ünvanlanmalıdır. Belə müəssisələrin ÇXR-in müvafiq sistemində qeydiyyatının aparılması üçün ÇXR-in səlahiyyətli qurumları tərəfindən araşdırmalar və yerində yoxlamalar həyata keçirilə bilər. Yuxarıda qeyd edilən prosedurlardan sonra məqsədəuyğun hesab olunduğu təqdirdə müəssisə ÇXR-in səlahiyyətli qurumu tərəfindən qeydiyyata alınacaq və məhsulun idxalına icazə veriləcəkdir.
Bununla yanaşı, hazırda ÇXR-ə ixrac tarixçəsi olan müəssisələrə münasibətdə ilkin mərhələdə ixracatçı ölkənin müvafiq səlahiyyətli qurumu tərəfindən həmin müəssisələr barədə zəruri məlumatların təqdim edilməsi onların ixracı davam etdirməsi üçün yetərli olduğundan, Agentlik müvafiq məlumatları Çin tərəfinə təqdim etmişdir.
Eyni zamanda, siyahıda sadalanan məhsullardan fərqli qida məhsullarını ÇXR-ə ixrac etmək istəyən müəssisələr müstəqil şəkildə 2021-ci il 1 noyabr tarixindən etibarən yeni Qaydalara əsasən Çin Beynəlxalq Ticarət üzrə Vahid Pəncərə sistemi vasitəsilə www.singlewindow.cn saytında qeydiyyat üçün müraciət etməlidir.
İxracatçısı Çin Baş Gömrük İdarəsində qeydiyyata alınması tələb olunacaq məhsulların
SİYAHISI:
1. ət və ət məhsulları;
2. sosiska üçün heyvan bağırsağı;
3. süd məhsulları;
4. müxtəlif növ quşlar və onların məhsulları;
5. dəniz məhsulları;
6. arı və arıçılıq məhsulları;
7. yumurta və yumurta məhsulları;
8. yeyiləbilən piylər və yağlar;
9. içi doldurulmuş xəmir növləri;
10. yeyiləbilən taxıllar;
11. taxıl emalı məhsulları və səməni;
12. təzə və qurudulmuş tərəvəzlər;
13. qurudulmuş lobyakimilər;
14. ədviyyatlar;
15. çərəz və tumlar;
16. qurudulmuş meyvələr;
17. qovrulmamış qəhvə dənələri və kakao dənələri;
18. xüsusi pəhriz üçün qida və funksional qida.
Oxşar xəbərlər
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib. Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb. Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş