COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir
28 İyun 2024 18:22

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi ilə əlaqədar nəzarət tədbirlərini davam etdirir.
Cari ilin 21-25 iyun tarixlərində 18 ticarət və 35 ictimai iaşə müəssisəsində monitorinq keçirilib. Monitorinqlər zamanı 9 ticarət və 24 ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı məsul şəxslərə icrası məcburi göstərişlər verilib.
Monitorinq zamanı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ |
Müəssisənin adı |
Müəssisənin ünvanı |
Aşkar edilmiş nöqsanlar |
İctimai iaşə müəssisələri |
|||
1 |
"CoffeeOn" kafesi |
Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsi 135A |
1. Müəssisədə HACCP sisteminin tətbiq edilməməsi 2. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi 3. İşçilərin şəxsi gigiyena qaydalarına əməl etməməsi |
2 |
"Karvansaray" restoranı |
Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti 6 A |
1. Müəssisənin sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmaması 2. Müəssisədə HACCP sisteminin tətbiq edilməməsi 3. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi 4. İşçilərin şəxsi gigiyena qaydalarına əməl etməməsi |
3 |
"Manqal Baku" restoranı |
Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti |
1. Qida təhlükəsizliyi qeydiyyatının alınmasına dair çıxarışın olmaması 2. Müəssisədə HACCP sisteminin tətbiq edilməməsi 3. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi 4. Məhsulların minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərinin mövcud olmaması |
4 |
"Tropicanko" restoranı |
Bakı şəhəri, Xəzər rayonu |
1. Qida təhlükəsizliyi qeydiyyatının alınmasına dair çıxarışın olmaması 2. Müəssisədə HACCP sisteminin tətbiq edilməməsi 3. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi 4. Mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmaması 5. İşçilərin şəxsi gigiyena qaydalarına əməl etməməsi 6. Məhsulların minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərinin mövcud olmaması |
5 |
"Akdeniz Fish" restoranı |
Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küç., ev 61, 2405-ci məhəllə |
1. Qida təhlükəsizliyi qeydiyyatının alınmasına dair çıxarışın olmaması 2. Müəssisədə HACCP sisteminin tətbiq edilməməsi 3. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi 4. İstifadə müddəti bitmiş məhsulların mövcud olması |
6 |
"Badə" ailəvi restoranı |
Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi 15 |
1. Qida təhlükəsizliyi qeydiyyatının alınmasına dair çıxarışın olmaması 2. Müəssisədə HACCP sisteminin tətbiq edilməməsi 3. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi |
7 |
"TT Kabab" kafesi |
Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi 45A |
1. Qida təhlükəsizliyi qeydiyyatının alınmasına dair çıxarışın olmaması 2. Müəssisədə HACCP sisteminin tətbiq edilməməsi. |
8 |
"Öz Türk" restoranı |
Bakı şəhəri, Yeni Yasamal, Ə.Əhmədov küçəsi 42 |
1. Qida təhlükəsizliyi qeydiyyatının alınmasına dair çıxarışın olmaması 2. Müəssisədə HACCP sisteminin tətbiq edilməməsi 3. Mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmaması 4. Məhsulların minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərinin mövcud olmaması |
9 |
"Mr Coffee" kafesi |
Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi |
1. Qida təhlükəsizliyi qeydiyyatının alınmasına dair çıxarışın olmaması 2. Müəssisədə HACCP sisteminin tətbiq edilməməsi. |
10 |
"Garden Fastfood" restoranı |
Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi |
1. Qida təhlükəsizliyi qeydiyyatının alınmasına dair çıxarışın olmaması 2. Müəssisədə HACCP sisteminin tətbiq edilməməsi. 3. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi |
11 |
"Burger Boutique" restoranı |
Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi 130 |
1. Müəssisədə HACCP sisteminin tətbiq edilməməsi 2. Məhsulların minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərinin mövcud olmaması |
12 |
"Holly Chef" restoranı |
Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi 26F |
1. Müəssisədə HACCP sisteminin tətbiq edilməməsi 2. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi 3. Mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmaması |
13 |
"Cuppa Coffee" kafesi |
Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti 36 |
1. Müəssisədə HACCP sisteminin tətbiq edilməməsi 2. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi 3. Mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmaması 4. İşçilərin şəxsi gigiyena qaydalarına əməl etməməsi 5. Məhsulların minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərinin mövcud olmaması |
14 |
"Küzə" kafesi |
Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 69 |
2. Müəssisənin sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmaması 3. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi 4. Mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmaması 5. İşçilərin şəxsi gigiyena qaydalarına əməl etməməsi 6. Məhsulların minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərinin mövcud olmaması |
15 |
"Antrikot" restoranı |
Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 232A |
1. Müəssisədə HACCP sisteminin tətbiq edilməməsi. 2. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi 3. Mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmaması 4. İşçilərin şəxsi gigiyena qaydalarına əməl etməməsi 5. Məhsulların minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərinin mövcud olmaması |
16 |
"Montana" restoranı |
Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 3 |
1. Qida təhlükəsizliyi qeydiyyatının alınmasına dair çıxarışın olmaması 2. Müəssisədə HACCP sisteminin tətbiq edilməməsi 3. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi 4. Mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmaması 5. İşçilərin şəxsi gigiyena qaydalarına əməl etməməsi 6. Məhsulların minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərinin mövcud olmaması |
17 |
"Beermood Pub & Restaurant" |
Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 69 |
1. Müəssisədə HACCP sisteminin tətbiq edilməməsi 2. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi 3. Mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmaması 4. İşçilərin şəxsi gigiyena qaydalarına əməl etməməsi 5. Məhsulların minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərinin mövcud olmaması |
18 |
"Su Səsi" restoranı |
Sumqayıt şəhəri, Sahil, Sumqayıt-Novxanı yolu |
1. Müəssisənin sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmaması 2. Müəssisədə HACCP sisteminin tətbiq edilməməsi 3. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi 4. Mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmaması 5. İşçilərin şəxsi gigiyena qaydalarına əməl etməməsi 6. Məhsulların minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərinin mövcud olmaması |
19 |
"Məkan" kafesi |
Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, S.Vurğun küçəsi |
1. Müəssisənin sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmaması 2. Müəssisədə HACCP sisteminin tətbiq edilməməsi 3. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi 4. Məhsulların minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərinin mövcud olmaması |
20 |
"Su Meyilli" restoranı |
İsmayıllı rayonu, Talıstan kəndi |
1. Müəssisədə HACCP sisteminin tətbiq edilməməsi 2. İşçilərin şəxsi gigiyena qaydalarına əməl etməməsi |
21 |
"Qızıl Farel" restoranı |
İsmayıllı rayonu, Diyallı kəndi |
1. Müəssisədə HACCP sisteminin tətbiq edilməməsi 2. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi 3. İşçilərin şəxsi gigiyena qaydalarına əməl etməməsi |
22 |
"Cənub 77" kafesi |
Masallı rayonu, Bakı-Astara yolu |
1. Müəssisədə HACCP sisteminin tətbiq edilməməsi 2. İşçilərin şəxsi gigiyena qaydalarına əməl etməməsi |
23 |
"Turac" kafesi |
Masallı rayonu, Bakı-Astara şosesi |
1. Müəssisədə HACCP sisteminin tətbiq edilməməsi 2. İşçilərin şəxsi gigiyena qaydalarına əməl etməməsi |
24 |
"Karvan" kafesi |
Zaqatala rayonu, Zaqatala şəhəri, F.Əmirov küçəsi |
1. Qida təhlükəsizliyi qeydiyyatının alınmasına dair çıxarışın olmaması 2. Müəssisədə HACCP sisteminin tətbiq edilməməsi 3. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi 4. Mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmaması 5. Məhsulların minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərinin mövcud olmaması |
Ticarət müəssisələri |
|||
1 |
"Pribaltika Gastronomy" |
Bakı şəhəri, Yasamal rayonu, K.Kərimov prospekti |
1. Qida təhlükəsizliyi qeydiyyatının alınmasına dair çıxarışın olmaması 2. İzləmə sisteminin (QR kod) tətbiq olunmaması |
2 |
Quliyev Əliabas Teyyub oğluna məxsus mağaza |
Şirvan şəhəri, H.Əliyev prospekti |
1. Mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmaması 2. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi 3. Məhsulların minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərinin mövcud olmaması 4. Süd məhsullarının tələblərə uyğun etiketlənməməsi, vitrində yerləşdirilməməsi və xüsusi işarələrin mövcud olmaması 5. İzləmə sisteminin (QR kod) tətbiq olunmaması |
3 |
"Alış" market |
Masallı rayonu, Köhnə Alvadı kəndi |
1. Müəssisənin sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmaması 2. Mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmaması 3. İşçilərin şəxsi gigiyena qaydalarına əməl etməməsi 4. Məhsulların minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərinin mövcud olmaması 5. Süd məhsullarının tələblərə uyğun etiketlənməməsi, vitrində yerləşdirilməməsi və xüsusi işarələrin mövcud olmaması 6. İzləmə sisteminin (QR kod) tətbiq olunmaması |
4 |
"Hüseyn" market |
Masallı rayonu, Təzə Alvadı kəndi |
1. Qida təhlükəsizliyi qeydiyyatının alınmasına dair çıxarışın olmaması 2. Mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmaması 3. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi 4. İşçilərin şəxsi gigiyena qaydalarına əməl etməməsi 5. Məhsulların minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərinin mövcud olmaması 6. Süd məhsullarının tələblərə uyğun etiketlənməməsi, vitrində yerləşdirilməməsi və xüsusi işarələrin mövcud olmaması 7. İzləmə sisteminin (QR kod) tətbiq olunmaması |
5 |
"Alvadı" market |
Masallı rayonu, Təzə Alvadı kəndi |
1. Mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmaması 2. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi 3. İşçilərin şəxsi gigiyena qaydalarına əməl etməməsi 4. Məhsulların minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərinin mövcud olmaması 5. Süd məhsullarının tələblərə uyğun etiketlənməməsi, vitrində yerləşdirilməməsi və xüsusi işarələrin mövcud olmaması 6. İzləmə sisteminin (QR kod) tətbiq olunmaması |
6 |
Əhmədova Nasara İlqar qızına məxsus mağaza |
Neftçala rayonu, Bankə qəsəbəsi |
1. Müəssisənin sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmaması 2. Mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmaması 3. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi 4. İşçilərin şəxsi gigiyena qaydalarına əməl etməməsi 5. Məhsulların minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərinin mövcud olmaması 6. Temperatur rejiminə riayət olunmaması 7. Süd məhsullarının tələblərə uyğun etiketlənməməsi, vitrində yerləşdirilməməsi və xüsusi işarələrin mövcud olmaması 8. İzləmə sisteminin (QR kod) tətbiq olunmaması 9. Son istifadə müddəti bitmiş məhsulların mövcud olması |
7 |
Rəcəbova Xanım Yunus qızına məxsus mağaza |
Neftçala rayonu, Bankə qəsəbəsi |
1. Müəssisənin sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmaması 2. Mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmaması 3. Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi 4. İşçilərin şəxsi gigiyena qaydalarına əməl etməməsi 5. Məhsulların minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərinin mövcud olmaması 6. Temperatur rejiminə riayət olunmaması 7. Süd məhsullarının tələblərə uyğun etiketlənməməsi, vitrində yerləşdirilməməsi və xüsusi işarələrin mövcud olmaması 8. İzləmə sisteminin (QR kod) tətbiq olunmaması |
8 |
"Ailəvi" market |
İmişli rayonu, İmişli şəhəri, H.Əliyev prospekti |
1. Mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmaması 2. Məhsulların minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərinin mövcud olmaması 3. Mal qonşuluğu prinsipinin pozulması 4. İzləmə sisteminin (QR kod) tətbiq olunmaması 5. Son istifadə müddəti bitmiş məhsulların mövcud olması |
9 |
"Turan" market |
Zaqatala şəhəri, |
1. Mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmaması 2. İşçilərin şəxsi gigiyena qaydalarına əməl etməməsi 3. Mal qonşuluğu prinsipinin pozulması 4. Süd məhsullarının tələblərə uyğun etiketlənməməsi, vitrində yerləşdirilməməsi və xüsusi işarələrin mövcud olmaması 5. İzləmə sisteminin (QR kod) tətbiq olunmaması |
AQTA bu cür nəzarət tədbirlərini mütəmadi olaraq davam etdirəcəkdir.
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.