Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
4 Avqust 2021 17:02
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Cənubi Karolina və Şimali Karolina ştatlarında qeydə alınmış aşağı patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Bununla əlaqədar, OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, ABŞ-ın Cənubi Karolina və Şimali Karolina ştatlarından bütün növ diri quş və quşçuluq məhsullarının idxalına tətbiq edilmiş məhdudiyyətin aradan qaldırılması ilə bağlı qərar qəbul edilib. Eyni zamanda aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinə məlumat verilib.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tövsiyə edir ki, quş qripi xəstəliyinin baş verməməsi üçün quşçuluq məhsullarının və quşların beynəlxalq ticarətinin aparılmasında ölkələrin epizootik vəziyyəti nəzərə alınmalı, quşçuluq təyinatlı istehsal müəssisələrində və bu müəssisələrin daxil olduğu ərazilərdə daimi müşahidələr aparılmalı və baytarlıq-sanitariya tələblərinə əməl edilməlidir.
Oxşar xəbərlər
Heyvanların daşınması ilə bağlı yeni tələblər müəyyən edilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan heyvanların sağlamlığının qorunması, yoluxucu xəstəliklərin yayılma riskinin azaldılması və heyvan rifahının yaxşılaşdırılması məqsədilə daşınma şərtlərinə dair yeni tələblər müəyyən edib. Qərara əsasən, 2027-ci il yanvarın 1-dən etibarən ölkəyə idxal olunan heyvanların daşınması yalnız Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nin tələblərinə cavab verən ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə həyata keçiriləcək. Keçid dövrü çərçivəsində, 2027-ci il yanvarın 1-dək heyvanların uyğunlaşdırılmış nəqliyyat vasitələrində bir mərtəbədə daşınmasına icazə veriləcək. Maksimum yüklənmə norması iribuynuzlu heyvanlar üçün 60, xırdabuynuzlu heyvanlar üçün isə 150 baş müəyyən olunub. Yeni tələblər heyvanların təhlükəsiz və rifah standartlarına uyğun daşınmasını, həmçinin sərhəd baytarlıq nəzarətinin effektivliyinin artırılmasını hədəfləyir. AQTA sahibkarları müəyyən edilmiş keçid dövründə fəaliyyətlərini yeni qaydalara uyğunlaşdırmağa çağırır.
Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəmizdə xırdabuynuzlu heyvanların taunu, atların və donuzların Afrika taunu, eləcə də quş qripi xəstəlikləri üzrə azad statusun qorunub saxlanılması, habelə dabaq və quduzluq kimi transsərhəd heyvan xəstəlikləri üzrə epizootoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə mütəmadi monitorinqlər aparılır və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına hesabatlar təqdim edilir. Bu tədbirlər çərçivəsində 6-10 iyul tarixlərində respublikanın bir neçə şəhər və rayonlarını əhatə edən ovçuluq təsərrüfatları, milli parklar, dövlət təbiət qoruqları və yasaqlıqlarda bu xəstəliklərə həssas vəhşi heyvanlar üzrə monitorinqlər aparılacaq. Monitorinq zamanı ərazilərdə müşahidələr aparılacaq, xəstə və ya tələf olmuş heyvanlara rast gəlinərsə, onlardan diaqnostik nümunələr götürüləcək. Eyni zamanda, müşahidə aparılacaq ərazilər barədə epizootoloji məlumatlar “Epicollect 5” proqramına daxil olunacaq. Monitorinqdə AQTA, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları iştirak edəcək.
Heyvanların identifikasiyası nə üçün vacibdir? - VİDEO
Ölkədə heyvan sağlamlığının və təhlükəsiz heyvan mənşəli qida məhsulları istehsalının təmin olunması məqsədilə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) ölkə üzrə tətbiqi davam etdirilir. Heyvanların identifikasiyası xəstəliklərin diaqnostikası və profilaktikası ilə bağlı baytarlıq tədbirlərinin effektiv həyata keçirilməsinə nəzarət etmək məqsədi daşıyır. Proses çərçivəsində hər bir heyvana fərdi identifikasiya nömrəsi verilir və onun həyat dövrü boyunca izlənilməsi təmin olunur. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Xidmətlərin təşkili, identifikasiya və izlənilmə departamentinin müdiri Yavər Məmmədov bildirib. Onun sözlərinə görə, heyvanın keçirdiyi xəstəliklər, aparılmış peyvəndləmə tədbirləri, müalicələr və digər baytarlıq məlumatları sistemdə qeydiyyata alınır. Toplanan məlumatlar “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sisteminin (AQTİS) alt modulu olan Heyvanların Qeydiyyatı Sistemində vahid məlumat bazası kimi formalaşdırılır. Daha ətraflı:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Çinə ixrac imkanlarımız genişlənir - Real TV
Azərbaycan və Çin arasında qida məhsullarının ixracına dair mühüm razılaşmalar əldə olunub
Giriş