Elan
29 Aprel 2020 12:38
AZƏRBAYCAN RESPUBLİKASININ QİDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİ
AÇIQ TENDER ELAN EDİR
“ELEKTRON SƏNƏD DÖVRİYYƏSİ VƏ KADRLARIN İDARƏEDİLMƏSİ PROQRAM TƏMİNATININ İNKİŞAF ETDİRİLMƏSİ, QURAŞDIRILMASI, İSTİFADƏYƏ VERİLMƏSİ VƏ 1 İLLİK TEXNİKİ DƏSTƏK” XİDMƏTİNİN SATIN ALINMASI
Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.
İştirak haqqı:
- 100 (bir yüz) AZN
- Tenderdə iştirak haqqı elektron portalda “ASAN ÖDƏNİŞ” vasitəsilə həyata keçirilir. İştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
VÖEN - 1404055601
H/H - AZ58CTRE00000000000008408201
Dövlət Xəzinədarlıq Agentliyi
VÖEN - 1401555071
Kod -210005
M/H - AZ41NABZ01360100000000003944
S.W.I.F.T- CTREAZ22
Büdcə təsnifatının kodu – 142330
Büdcə səviyyəsinin kodu – 7
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak haqqının ödənilməsi barədə sənəd;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1faizi i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğuna aid məlumat (əsas şərtlər toplusunun “malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğuna dair məlumat forması”na uyğun olaraq).
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 21 may 2020-ci il, saat 16.00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 03 iyun 2020-ci il, saat 16.00 tarixinə qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 04 iyun 2020-ci il, saat 16.00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.
QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.
Tender komissiyası
Oxşar xəbərlər
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər - VİDEO
Baytarlıq müayinəsindən keçməmiş, xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi insan sağlamlığı üçün ciddi risklər yaradır. Belə heyvanlardan insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş