Epizootik risk amillərinin mövcudluğu nəzərə alınaraq müvafiq tədbirlər görülüb
26 İyul 2021 18:04
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Vyetnam Sosialist Respublikası, Macarıstan Respublikası, Rumıniya Respublikası, Polşa Respublikası, Koreya Respublikası, Filippin Respublikası, İndoneziya Respublikası, Rusiya Federasiyası, Almaniya Federativ Respublikası, Latviya Respublikası, Cənubi Afrika Respublikası, Moldova Respublikası, Çin Xalq Respublikası, Laos Xalq Demokratik Respublikası, Tanzaniya Birləşmiş Respublikası, Butan Krallığı, Namibiya Respublikası, Myanma İttifaqı Respublikası, Kot-d'İvuar Respublikası, Malayziya və Ukrayna ölkələrinin bəzi inzibati ərazi vahidlərində donuzların Afrika taunu xəstəliyi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Vyetnam Sosialist Respublikasının Ca Mau, Bac Ninh, Tra Vinh, Macarıstan Respublikasının Hajdu-Bihar, Borsod-Abauj-Zemplen, Heves, Rumıniya Respublikasının Braila, Salaj, Bihor, Polşa Respublikasının Lubelskie, Podkarpackie, Warmińsko-Mazurskie, Koreya Respublikasının Gangwon-Do, Gyeonggi-Do, Incheon Metropolitan City, Filippin Respublikasının Davao del Sur, Sarangani, Davao Oriental, İndoneziya Respublikasının Nusa Tenggara Timur, Bali, Di Yogyakarta, Rusiya Federasiyasının Primorskiy, Amurskaya, Kaluga, Almaniya Federativ Respublikasının Brandenburg, Sachsen, Latviya Respublikasının Vecumnieku, Apes, Dobeles, Cənubi Afrika Respublikasının Mpumalanga, Western Cape, Gauteng, Moldova Respublikasının Rîşcani, Falesti, Ungheni, Çin Xalq Respublikasının Xinjiang Uygur, Sichuan, Yunnan, Laos Xalq Demokratik Respublikasının Xaignabouri, Tanzaniya Birləşmiş Respublikasının Geita, Shinyanga, Butan Krallığının Chhukha, Namibiya Respublikasının Ohangwena, Kunene, Myanma İttifaqı Respublikasının Shan, Kot-d'İvuar Respublikasının Zanzan, Malayziyanın Sabah, Ukraynanın Mykolayiv, Kiev və Chernivtsi inzibati ərazi vahidlərindən diri donuzlar, onlara aid məhsul, xammal və genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan ölkələrdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər
Samuxda sahibkar müraciəti əsasında 165 baş heyvan identifikasiya olunub
Heyvanların identifikasiyası və uçotu üzrə tədbirlər davam etdirilir. Samux rayonunda təsərrüfat sahibi Elmar Əliyevin müraciəti əsasında 165 baş heyvana fərdi birkalar vurularaq qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən təlimata uyğun həyata keçirilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, AQTA tərəfindən təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir.
Heyvanların identifikasiyası niyə vacibdir? – Maarifləndirici çap məhsulları hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhəmiyyəti ilə bağlı maarifləndirici çap məhsulları hazırlanıb. Materiallarda heyvanların fərdi identifikasiyasının baytarlıq tədbirlərinin daha dəqiq və effektiv həyata keçirilməsinə, xəstəliklərin vaxtında aşkarlanmasına və yayılmasının qarşısının alınmasına imkan verdiyi qeyd olunur. Həmçinin heyvanların identifikasiyasının Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə həyata keçirildiyi, fermer və sahibkarların bu məqsədlə AQTA-nın regional bölmələrinə və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) müraciət edə biləcəyi barədə məlumat verilir. Çap məhsulları fermerlər və təsərrüfat sahibləri arasında paylanılacaq və onların maarifləndirilməsi məqsədilə istifadə olunacaq.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş