Ərzaq satışı obyektlərində monitorinqlər davam edir
19 Yanvar 2021 11:25
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ərzaq satışı obyektlərində monitorinqlər davam edir.
Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində 8-14 yanvar 2021-ci il tarixlərində AQTA əməkdaşları tərəfindən ölkə ərazisində fəaliyyət göstərən 323 ərzaq satışı obyektində monitorinqlər həyata keçirilib. Monitorinq keçirilən 214 ərzaq satışı müəssisəsində ümumilikdə 363 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, eyni zamanda sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində normativ texniki sənədlərin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Oxşar xəbərlər
Heyvanların identifikasiyası nə üçün vacibdir? - VİDEO
Ölkədə heyvan sağlamlığının və təhlükəsiz heyvan mənşəli qida məhsulları istehsalının təmin olunması məqsədilə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) ölkə üzrə tətbiqi davam etdirilir. Heyvanların identifikasiyası xəstəliklərin diaqnostikası və profilaktikası ilə bağlı baytarlıq tədbirlərinin effektiv həyata keçirilməsinə nəzarət etmək məqsədi daşıyır. Proses çərçivəsində hər bir heyvana fərdi identifikasiya nömrəsi verilir və onun həyat dövrü boyunca izlənilməsi təmin olunur. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Xidmətlərin təşkili, identifikasiya və izlənilmə departamentinin müdiri Yavər Məmmədov bildirib. Onun sözlərinə görə, heyvanın keçirdiyi xəstəliklər, aparılmış peyvəndləmə tədbirləri, müalicələr və digər baytarlıq məlumatları sistemdə qeydiyyata alınır. Toplanan məlumatlar “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sisteminin (AQTİS) alt modulu olan Heyvanların Qeydiyyatı Sistemində vahid məlumat bazası kimi formalaşdırılır. Daha ətraflı:
Ölkədə quş qripi və Nyukasl xəstəlikləri ilə bağlı epizootoloji vəziyyət sabitdir
Quş qripi xəstəliyinin qarşısının alınması məqsədilə hazırlanmış Fəaliyyət Planına uyğun olaraq, 2025-ci ilin noyabr və dekabr aylarında, həmçinin cari ilin yanvar–may aylarında ölkə ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında aparılan monitorinqlərin nəticələri açıqlanıb.
Ölkədə epizootoloji vəziyyətin öyrənilməsi məqsədilə monitorinq keçiriləcək
Peyvəndləmədən sonra immun fonun müəyyənləşdirilməsi və xüsusi təhlükəli xəstəliklər üzrə epizootoloji vəziyyətin öyrənilməsi məqsədilə iri və xırdabuynuzlu heyvanlar arasında monitorinq həyata keçiriləcək. 10–30 iyun tarixlərində keçiriləcək monitorinq çərçivəsində xüsusi təhlükəli xəstəliklərə həssas heyvanlar üzərində klinik müşahidələr aparılaraq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək, təsərrüfatlara ümumi baxış və maarifləndirmə tədbirləri aparılacaq. Eyni zamanda, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş