Ərzaq satışı obyektlərində monitorinqlər davam edir
22 Yanvar 2021 16:03
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ərzaq satışı obyektlərində monitorinqlər davam edir.
Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində 15-21 yanvar 2021-ci il tarixlərində AQTA əməkdaşları tərəfindən ölkə ərazisində fəaliyyət göstərən 316 ərzaq satışı obyektində monitorinqlər həyata keçirilib. Monitorinq keçirilən 249 ərzaq satışı müəssisəsində ümumilikdə 429 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, eyni zamanda sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində normativ texniki sənədlərin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Oxşar xəbərlər
Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən arıçılıq təsərrüfatlarında bioloji təhlükəsizliyin təmin edilməsi, arılar arasında xüsusi təhlükəli, ekzotik, infeksion və invazion xəstəliklərin erkən aşkarlanması məqsədilə epizootoloji monitorinqlər keçiriləcək.
Süfrəmizə gələn ətin təhlükəsizliyi haradan başlayır? - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin olunması heyvanın sağlamlığının və mənşəyinin nəzarətdə saxlanılmasından başlayır. Bu prosesdə heyvanların identifikasiyası və baytarlıq nəzarəti mühüm əhəmiyyət daşıyır.
Cəlilabadın Təzəkənd kəndində yerləşən heyvan satışı bazarının fəaliyyətinə icazə verilib - Video
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvan bazarlarının baytarlıq-sanitariya vəziyyətinin qiymətləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə Agentlik sədrinin müvafiq əmri ilə yaradılan komissiya tərəfindən heyvan bazarlarında aparılan yenidənqurma işlərinin mövcud tələblərə uyğunluğu yerində qiymətləndirilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş