Fitosanitar tədbirlərin gücləndirilməsi ilə bağlı beynəlxalq layihənin icrasına start verilib
8 Yanvar 2021 17:55
Avropa İttifaqının (Aİ) dəstəyi ilə “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” adlı tvinninq layihənin icrasına başlanılıb.
Layihənin icrasına başlanılması ilə bağlı Litva Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən Dövlət Bitki Xidmətinin fitosanitar məsələləri üzrə beynəlxalq eksperti cənab Gintaras Lapinskas ölkəmizə gəlib. G. Lapiskas ilə Agentlik və İnstitutun əməkdaşlarının birgə keçirilmiş görüşləri nəticəsində Agentliyin səlahiyyətlərinə dair qanunvericilik aktları, təlim proqramları ilə bağlı tələblər müəyyən edilmiş və həmin tələblər əsas götürülərək layihənin qida təhlükəsizliyi qanunvericiliyi, bitki mühafizə vasitələrinə nəzarət və bazara çıxarılmasına icazə, monitorinq proqramlarının hazırlanması, İT əsaslı fitosanitar informasiya sisteminin məlumat bazası kimi istiqamətləri əhatə edən 6 aylıq ilkin iş planının layihəsi hazırlanmışdır.
Oxşar xəbərlər
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyinin təmin olunması, baytarlıq-sanitariya və sanitariya-gigiyena qaydalarına əməl olunmasına nəzarət məqsədilə respublika üzrə fəaliyyət göstərən kəsim məntəqələrində növbəti monitorinqlər həyata keçirilib.
Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir
Heyvan kəsimi fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər qida təhlükəsizliyinin təmin olunması və bioloji təhlükəsizlik sisteminin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri Qalib Əbdüləliyev bildirib ki, ölkə başçısının müvafiq Sərəncamına əsasən, 2018-ci ildən etibarən ölkədə mobil, modul və stasionar tipli heyvan kəsim məntəqələrinin yaradılmasına başlanılıb. Agentlik tərəfindən müxtəlif tutumlu kəsim məntəqələrinin texnoloji sxemləri hazırlanaraq sahibkarlara təqdim edilib və bu istiqamətdə görülən işlər müsbət nəticələr verməkdədir.
Təsərrüfatlarda donuzlar arasında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəmizin donuzların Afrika taunu xəstəliyindən azad statusunun qorunub saxlanılması, eləcə də digər xəstəliklər üzrə epizootoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə mütəmadi monitorinqlər aparılır və nəticələr barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına hesabatlar təqdim edilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş