Gürcüstandan ölkəmizə idxal edilən dondurulmuş toyuq məhsullarında salmonella patogen mikroorqanizmləri aşkarlanıb
12 Fevral 2021 18:18
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Gürcüstan Respublikasından ölkəmizə idxal edilən “Chirina” LTD şirkətinin “Biu-Biu” əmtəə nişanlı 20 ton dondurulmuş toyuq əti məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aparılan müayinələr nəticəsində bir neçə istehsal tarixiləri ilə daxil olan məhsul partiyalarında (12.10.2020 və 03.10.2020 istehsal tarixli, ümumi çəkisi 3.07 ton) salmonella patogen mikroorqanizmləri aşkarlanıb.
Qeyd edək ki, 2020-ci il ərzində Gürcüstan Respublikasından ölkəmizə idxal edilən “Chirina” LTD şirkətinə məxsus müxtəlif çəkidə dondurulmuş toyuq məhsullarında da salmonella patogen mikroorqanizmləri aşkarlanmış və Agentlik tərəfindən məhsulların satışına qadağa tətbiq edilmiş, bununla bağlı Gürcüstanın Milli Qida Agentliyinə məlumat təqdim edilmişdir. Gürcüstanın Milli Qida Agentliyindən “Chirina” LTD şirkətinin rəsmi nəzarətə götürüldüyü, sağlamlaşdırıcı tədbirlərin görüldüyü barədə AQTA-ya zəmanət məktubu təqdim edilmiş və həmin məlumat əsasında yenidən sözügedən şirkətə məxsus dondurulmuş toyuq məhsullarının idxalına icazə verilmişdir. Lakin həyata keçirilən yoxlama-nəzarət tədbirləri zamanı növbəti dəfə Gürcüstan Respublikasından ölkəmizə idxal edilən “Chirina” LTD şirkətinə məxsus dondurulmuş toyuq məhsullarında salmonella patogen mikroorqanizmləri aşkar edilib.
Agentlik tərəfindən istehlaka yararsız məhsulların məhv edilməsi ilə bağlı müvafiq qərar qəbul edilib və hazırda qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülür.
AQTA bir daha sahibkarları diqqətli olmağa, ölkəyə qida məhsullarının idxalı zamanı idxal tələblərini nəzərə almağa və normativ hüquqi aktların tələblərinə uyğun məhsulların idxalını həyata keçirməyə çağırır.
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş