Heyvan mənşəli məhsullarda preparat qalıqlarının yaranmasının qarşısını necə almaq olar?
20 May 2024 09:45
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvan mənşəli məhsullarda baytarlıq preparatlarının qalıqlarına dair yeni videoçarx hazırlanıb.
Videoçarxda heyvan xəstəliklərinin müalicəsində baytarlıq preparatlarından düzgün qaydada istifadə edilmədikdə və ya lazım olandan artıq istifadə edildikdə ət, süd, yumurta, bal və digər heyvan mənşəli məhsullarda həmin preparatların qalıqlarına rast gəlindiyi bildirilib. Heyvan mənşəli məhsullarda baytarlıq preparatlarının normadan artıq olmasının insanların həyat və sağlamlığına kanserogen təsir göstərməklə yanaşı, allergik reaksiyalara və hətta bütün dünya üçün qlobal sağlamlıq problemi hesab edilən antimikrob müqavimətinin yaranmasına səbəb ola bildiyi vurğulanıb. Eyni zamanda heyvan mənşəli məhsullarda baytarlıq preparatları qalıqlarının olmasının qarşısını almaq üçün həyata keçirilməsi zəruri sayılan işlər sadalanıb. AQTA tərəfindən hazırlanan “Heyvan mənşəli məhsullarda baytarlıq preparatlarının qalıq miqdarlarına dair Sanitariya Norma və Qaydaları”nda heyvan mənşəli məhsullarda baytarlıq preparatlarının qalıq miqdarlarının yol verilən hədlərinin müəyyən edildiyi vurğulanıb.
Qeyd edək ki, sahibkarlıq subyektləri bu videoçarx vasitəsilə baytarlıq preparatlarının qalıqlarının yaranması və bunun qarşısının alınması yolları barədə geniş məlumat əldə edə biləcəklər.
AQTA tərəfindən hazırlanan baytarlıq preparatlarının qalıqlarına dair yeni videoçarxla aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
Oxşar xəbərlər
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər - VİDEO
Baytarlıq müayinəsindən keçməmiş, xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi insan sağlamlığı üçün ciddi risklər yaradır. Belə heyvanlardan insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş