Heyvanlar üçün bioloji preparatlar istehsal ediləcək müəssisələrin qeydiyyatı ilə bağlı qaydalar təsdiq olunub
18 Yanvar 2024 10:43
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən “Heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların qeydiyyatı Qaydası” təsdiq edilib. Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qayda baytarlıq nəzarəti obyektləri olan və baytarlıq preparatlarının, o cümlədən bioloji preparatların, yəni vaksinlərin, antigenlərin və serrumların istehsalı müəssisələrinin yaradılması və fəaliyyəti ilə bağlı məsələləri əhatə edir. Belə ki, hazırda ölkəmizdə baytarlıq preparatlarının, o cümlədən bioloji preparatların istehsalı obyektlərinin qurulmasına maraq yaranıb. Müvafiq Qayda da belə müəssisələrin yerinin seçilməsini, layihələrinin təsdiq edilməsini, müvafiq istehsal sahəsinin tələblərinə uyğun olub-olmadığını və digər məsələləri tənzimləyəcək. Nəticədə keyfiyyətli bioloji preparatların istehsalı təmin ediləcək. Həmçinin bu Qayda ətraf mühit və bioloji təhlükəsizlik gözlənilməklə, aidiyyəti üzrə obyektlərin yaradılmasına, müvafiq qaydada qeydiyyata alınmasına və fəaliyyətlərinə qanunvericiliyin tələbləri çərçivəsində nəzarət olunmasına imkan verəcək.
Qeyd edək ki, sözügedən Qaydada heyvanlar üçün bioloji preparatların istehsalı ilə məşğul olan şəxslərin obyektlərin qeydiyyata alınması məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə ərizə ilə müraciət etməsi, müəssisələrin qiymətləndirilməsinin aparılması, qeydiyyata alınması və ya imtina olunması məsələləri əksini tapıb.
“Heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların qeydiyyatı Qaydası” ilə aşağıdakı fayl vasitəsilə daha ətraflı tanış ola bilərsiniz:
“Heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 12 yanvar tarixli 24 nömrəli Qərarı
163.81KOxşar xəbərlər
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Heyvanların uçotu və qeydiyyatı üzrə tədbirlər davam etdirilir - VİDEO
Heyvanların fərdi uçotunun aparılması və qeydiyyatının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti tədbir Bərdə rayonunda fəaliyyət göstərən təsərrüfatlardan birində həyata keçirilib. Burada saxlanılan 200 baş heyvana fərdi birkalar vurulub, onların nömrələri üzrə müvafiq məlumatlar qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən həyata keçirilib və təsərrüfatda mövcud heyvanların uçota alınması təmin edilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir. Daha ətraflı:
Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən arıçılıq təsərrüfatlarında bioloji təhlükəsizliyin təmin edilməsi, arılar arasında xüsusi təhlükəli, ekzotik, infeksion və invazion xəstəliklərin erkən aşkarlanması məqsədilə epizootoloji monitorinqlər keçiriləcək.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş