Hindistanın bəzi ərazilərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb
18 Sentyabr 2021 11:26
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Hindistan Respublikasının Pəncab, Madhya-Pradeş və Uttar-Pradeş ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə, Hindistan Respublikasının Pəncab, Madhya-Pradeş və Uttar-Pradeş ştatlarından OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Hindistan Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyinin təmin olunması, baytarlıq-sanitariya və sanitariya-gigiyena qaydalarına əməl olunmasına nəzarət məqsədilə respublika üzrə fəaliyyət göstərən kəsim məntəqələrində növbəti monitorinqlər həyata keçirilib.
Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir
Heyvan kəsimi fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər qida təhlükəsizliyinin təmin olunması və bioloji təhlükəsizlik sisteminin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri Qalib Əbdüləliyev bildirib ki, ölkə başçısının müvafiq Sərəncamına əsasən, 2018-ci ildən etibarən ölkədə mobil, modul və stasionar tipli heyvan kəsim məntəqələrinin yaradılmasına başlanılıb. Agentlik tərəfindən müxtəlif tutumlu kəsim məntəqələrinin texnoloji sxemləri hazırlanaraq sahibkarlara təqdim edilib və bu istiqamətdə görülən işlər müsbət nəticələr verməkdədir.
Təsərrüfatlarda donuzlar arasında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəmizin donuzların Afrika taunu xəstəliyindən azad statusunun qorunub saxlanılması, eləcə də digər xəstəliklər üzrə epizootoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə mütəmadi monitorinqlər aparılır və nəticələr barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına hesabatlar təqdim edilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş