İmişli rayonunda fitosanitar müşahidələr aparılıb
17 Dekabr 2019 16:55
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində fitosanitar vəziyyətin müəyyənləşdirilib qiymətləndirilməsi məqsədilə fitosanitar müşahidələri davam etdirir.
Belə ki, AQTA əməkdaşları İmişli rayonunda Fuad Kərimova məxsus 4 hektar, həmin rayonun Rəsullu kəndində isə Səlahət Qafarova məxsus 1 hektar sahəsi olan istixanalarda fitosanitar müşahidələr aparıblar.
İstixanalarda çalışan işçilərə karantin zərərvericisi olan Pomidor lağımlayıcı güvəsi haqqında geniş məlumat verilib. Bundan başqa becərmə vaxtı pestisid və aqrokimyəvi maddələrdən istifadə zamanı texniki təhlükəsizlik qaydalarına, eləcə də sanitar-gigiyenik normalara ciddi riayət olunması diqqətə çatdırılıb.
Eyni zamanda pestisid və aqrokimyəvi maddələrin saxlanma şəraitinə baxış keçirilib. Pestisidlərin saxlanma yerində təlimata uyğun saxlanılması ilə bağlı tövsiyələr verilib. Müşahidələr zamanı aşkarlanan nöqsanlar istixana rəhbərliyinin diqqətinə çatdırılıb və profilaktik tədbirlər görülməsi ilə bağlı tövsiyələr verilib.
Oxşar xəbərlər
Quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək
Quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun olaraq, 2026-cı il 18-22 may tarixlərində növbəti epizootoloji monitorinq keçiriləcək. Monitorinq zamanı risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərinə, eləcə də vəhşi quşlara ümumi baxış keçiriləcək. Xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq və bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçiriləcək, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin (HSBXM) və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşları iştirak edəcəklər. Tədbir müddətində götürülmüş nümunələr İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələrə cəlb olunacaqdır.
Heyvanları peyvənd edərkən ən vacib qaydalar!
Dövlət tərəfindən həyata keçirilən vaksinasiyalar sayəsində heyvanlar təhlükəli xəstəliklərdən qorunur və təsərrüfat daha təhlükəsiz olur. Peyvəndləmə aidiyyatı dövlət qurumu ilə bağlanmış müqavilə əsasında fərdi baytarlıq fəaliyyəti ilə məşğul olan baytarlıq mütəxəssisləri tərəfindən icra edilir. Peyvəndləmədən öncə hazırlıq görülməli, hansı xəstəliyə qarşı peyvənd aparılacağı barədə fermer və ya ailə təsərrüfatının sahibi məlumatlandırılmalıdır. Vaksinin son istifadə tarixi, saxlanma şəraiti (“soyuq zəncir” rejimi) mütəxəssis tərəfindən fermerə göstərilməlidir. Baytar mütəxəssis fərdi mühafizə vasitələrindən istifadə etməlidir. Peyvəndlənəcək heyvan klinik müayinə edilərək sağlamlıq vəziyyəti qiymətləndirilməlidir. Vaksin yalnız tam sağlam heyvanlara vurulmalıdır. Xəstə, zəifləmiş və ya yüksək hərarəti olan heyvanları peyvəndləmək olmaz. Peyvəndləmənin icrası zamanı hər bir heyvan üçün fərdi steril iynələrdən istifadə edilməli, inyeksiya nahiyəsi dezinfeksiya olunmalıdır. Vaksinin növündən asılı olaraq (əzələdaxili, dərialtı və ya burun-ağız boşluğuna) istehsalçı təlimatında göstərilən dəqiq dozada vurulmalıdır. Heyvanda yarana biləcək allergik reaksiyalar və ya yan təsirləri izləmək üçün o, bir neçə dəqiqə baytar mütəxəssisin nəzarətində olmalıdır. Peyvəndləmə haqqında məlumatların uçotu qeyd edilməlidir. Fermerə bu barədə yazılı məlumat verməlidir. Qarşılaşdığınız hər hansı problem və ya sual üçün 1003 Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.
Ölkədə at xəstəlikləri üzrə epizootoloji monitorinqlər keçiriləcək
Respublika ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) mövcud olan atlar və digər təkdırnaqlı heyvanların xəstəlikləri üzrə epizootoloji vəziyyəti qiymətləndirmək üçün 2026-cı il 20-30 aprel tarixlərində monitorinqlər keçiriləcək. Monitorinqlər çərçivəsində sözügedən heyvanların həssas olduqları xüsusi təhlükəli xəstəliklər üzrə klinik müşahidələr aparılacaq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək. Həmçinin təsərrüfatlara ümumi baxış keçiriləcək, baytarlıq norma və qaydalarına riayət olunması məqsədilə maarifləndirmə-təbliğat tədbirləri görüləcək, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin mütəxəssisləri iştirak edəcəklər.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab
AQTA sədri Qoşqar Təhməzli ilə Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze arasında görüş olub
Giriş