İzləmə sistemini tətbiq etməyən müəssisələrlə bağlı tədbirlər görülür
28 Fevral 2025 17:23
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilən nəzarət tədbirləri zamanı digər tələblərlə yanaşı, qida obyektlərində izləmə sisteminin qaydalara uyğun tətbiqi ilə bağlı yoxlamalar aparılır.
Məlum olduğu kimi, "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə əsasən, qida subyektləri onları qida və yem məhsulları, qida məhsulları əldə edilən heyvanlar, yaxud qida və yem məhsullarına əlavə edilməsi nəzərdə tutulan maddələrlə təchiz edən və ya onların qida və yem məhsulları ilə təchiz etdiyi subyektləri müəyyən etməyə imkan verən izləmə sisteminə və prosedurlarına malik olmalıdır. Məqsəd təhlükəli qida və yem məhsulları aşkarlandıqda, həmin məhsulların qida zənciri üzrə izlənilməsinin və qısa müddət ərzində ticarət şəbəkəsindən geri çağrılmasının təmin edilməsidir.
Belə ki, qida subyektləri izləmə sistemini və qeydiyyat prosedurlarını formalaşdırmalı, qəbul edilən məhsulların təchizatçısını müəyyənləşdirməlidir. Bu məqsədlə müəyyən olunan sənədlər kağız və ya elektron daşıyıcılarda tərtib edilməli və həmin sənədlər məhsulların yararlılıq müddəti bitdikdən sonra 1 il müddətində saxlanmalıdır. İldə bir dəfədən az olmayaraq izləmə sisteminin və prosedurlarının işlək olması yoxlanmalı və izlənmə nəticələri aktla sənədləşdirilməlidir. Habelə Agentliyin tələbi ilə izləmə sisteminə dair məlumatlar təqdim edilməlidir.
Qeyd edək ki, izləmə sisteminin tətbiqi sahibkarlara yararsız məhsulun anbarda qalma ehtimalını minimuma endirmək və satış nöqtələrindən vaxtında yığışdırmaq, eyni zamanda tədarükçü və distribyutorların çatdırılma faizi və göndərmə dəqiqliyi üzrə qiymətləndirilməsini həyata keçirməyə imkan verir.
Agentlik tərəfindən 2025-ci il ilin yanvar ayında keçirilən 173 planlı yoxlama zamanı 153 müəssisədə izləmə sisteminin tətbiq olunmadığı müəyyən edilib ki, bununla əlaqədar həmin müəssisə rəhbərləri barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş