Lənkəranda ictimai iaşə obyektində dönər emalı fəaliyyəti məhdudlaşdırılıb
10 İyun 2024 14:46
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilən nəzarət tədbirləri çərçivəsində müxtəlif dönərxanalarda mal əti və toyuq əti dönərlərindən götürülmüş nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyasında müayinəsi nəticəsində Lənkəran şəhəri, Q.Xiyabanı küçəsi 13A ünvanında yerləşən, fiziki şəxs Cavadov Elvin Tarix oğluna məxsus “Qala Dönər” ictimai iaşə obyektində hazırlanan toyuq əti dönərinin tərkibində E.coli bakteriyası aşkarlanıb.
Bununla bağlı Agentlik əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı obyektin dönər hazırlanan hissəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Belə ki, qida obyektində yuyucu və təmizləyici vasitələrin qida ilə təmas halında yerləşdiyi, çarpaz çirklənmənin qarşısını alacaq müvafiq yuma çanaqlarının olmadığı, dönər hazırlanan hissədə kömür məhsullarının saxlandığı, qida məhsullarının yerdən və divardan ara məsafə gözlənilmədən yığıldığı, xammal və yarımfabrikatların temperatur rejiminə əməl olunmadan saxlandığı, eyni zamanda istifadə olunan duru yağ məhsullarının son istifadə müddətinin bitdiyi, çiy dönər ətinin baytarlıq şəhadətnaməsinin mövcud olmadığı məlum olub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin dönər hazırlanan hissəsinin fəaliyyəti məhdudlaşdırılıb.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş